GİPA-nın magistr proqramına ərizələrin qəbul müddəti uzadıldı

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına ərizələrin qəbul müddətini 30 iyun 2012-ci il tarixinədək uzatdı. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.
Azərbaycandan seçiləcək beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində, sentyabr 2012- may 2014 tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tibilisi şəhərində GİPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2013-cü ildə, ikinci və üçüncü semestrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2014-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.
Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adı çəkilən məktəbin müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.
Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.
Məlumat üçün bildirək ki, əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər buraxan institutdur.
Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məkətbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.
Məktəbin açıldığı vaxtdan bəri 190-a yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar. Bizim məzunlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları 1stNyuz, Turan, APA informasiya agentlikləri, ANS TV, ANS Press, CBN, Hesabat jurnalı, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun rus və azərbaycan xidmətləridir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button