Getdikcə daha çox azərbaycanlı tələbənin BKF-də təhsili seçdiyi üçün məmnunluq hissi duyuruq

Xahiş edirik özünüzü oxuculara təqdim edin.

Mən, Zoltan Dobak, BKF Tətbiqi Elmlər Universitetində Beynəlxalq Təlim Mərkəzinin rəhbəriyəm. BKF Universitetində təhsil ilə maraqlanan hər kəsi yüksək keyfiyyətli yardımla təmin etmək üçün burada çalışıram.

Qısa olaraq BKF Universitetini necə təsvir edə bilərsiniz?

BKF Tətbiqi Elmlər Universiteti daim artan beynəlxalq icması ilə Mərkəzi Avropada ən iri özəl universitetlərindən biridir. Bizim təklif etdiyimiz Avropa Birliyinin mərkəzində real qiymətlərə professional bilik və münasib yaşayış xərcləridir. Tələbələr BKF-də geniş çeşidli bakalavr və magistr proqramları tapa bilərlər. Məsələn, Turizm və iaşə, Kommunikasiya və media, Biznesin idarə olunması, Fotoqrafiya, Qrafik dizayn, Televiziya yaradıcılığı və digər bir çox maraqlı ixtisaslar.

Macarıstan və Avropanın başqa universitetləri ilə müqayisədə sizin universitetin rəqabət üstünlükləri hansılardır?

Biz məşhur proqramlarımızla yanaşı, yalnız bir neçə universitetin təklif etdiyi proqramları təklif edirik. Məsələn, İncəsənət, Qrafika və media dizaynı, Televiziya yaradıcılığı və s. Bununla yanaşı, BKF-də unikal təlim sistemi var və bir sıra xüsusi proqramlar təhsil haqqına daxildir. Təlimlər yalnız bir neçə tələbənin birgə iştirakı ilə “etməklə-öyrənmək” prinsipi üzərində fokuslanan qrup işinə əsaslanır. Bu təlimlərin texnikası əmək bazarında tələb olunan ən vacib bacarıqlar olan ünsiyyət bacarıqları və yaradıcı təfəkkürün yaxşılaşdırılmasına ən səmərəli yolla nail olur.

1781880_1446847082218552_9512275_n Xarici tələbələr üçün BKF Universiteti hansı proqramları təklif edir və tədris dilləri hansılardır?

Hal-hazırda BKF ingilis dilində 15-dən çox müxtəlif proqram təklif edir, lakin bu rəqəm ildən-ilə artır. Əlavə olaraq İngilis dili hazırlıq proqramı var ki, bu da bakalavr və ya magistr proqramına başlamaq üçün ingilis dili yetərli səviyyədə olmayan tələbələr üçün böyük bir köməkdir. Bundan sonrakı hədəfimiz yaxın gələcəkdə Rus dilində də  bir neçə proqramı başlamaqdır.

 

 

Bizə universitetinizin kampusu haqqında məlumat verə bilərsinizmi?

Universitetimizin cəmi 5 kampusu var. İngilis dilli proqramlar keçilən əsas kampus yaşıl mühitdə yerləşən  müasir binalardan ibarətdir. Universitetdə tələbələrin işlərini və tədrisini asanlaşdırmaq üçün kampusun bütün ərazisini əhatə edən simsiz internet şəbəkəsinə sərbəst çıxış və bir sıra kompüter iş stansiyaları mövcuddur. Budapeştin mərkəzində Roja (Rózsa) və Rottenbiller küçələrindəki kampuslar incəsənət dərslərinin xüsusi tələblərinə uyğun imkanlara malikdir. Fotostudiya və laboratoriya, operator studiyası, animasiya tədqiqatları və montaj üçün otaqlar universitetin incəsənət proqramlarının əsas özəyidir. Studiyaların şüşə divarları yandan keçən insanların rəssamların işinə nəzər yetirməyinə imkan yaradır. İncəsənət proqramları üçün lazım olan dəzgahlar, elektrik sobaları, sənaye tikiş maşınları və 150 ədəd yüksək performanslı Macintosh kompüteri kimi avadanlıqlar bu cür yaradıcı məkanların daxilində yerləşdirilir. Həmçinin, BKF tələbələrə real məkan və zamanda işləmək imkanı verən dünyada çox az sayda olan xüsusi quraşdırılmış interaktiv 3D proqramı ilə Leonar3Do laboratoriyalarından birinə malikdir.

BKF yaxın keçmişdə yeni proqramlara əcnəbi tələbə qəbuluna başladı, onlar nə dərəcədə uğurlu oldular?

Bu proqramlardan biri Turizm və iaşə üzrə bakalavr dərəcəsidir və  çox qısa müddət ərzində bir sıra tələbələr tərəfindən  seçildi. Yaxınlarda başlamış proqramlardan digəri Kommunikasiya və media üzrə bakalavr proqramıdır ki, bu tədris proqramı heç bir nəzəri riyaziyyat fənni keçilmədiyindən tələbələr tərəfindən sevilərək məşhurlaşdı.

Əlavə olaraq yeni proqramlar həyata keçirmək planlarınız varmı?

Təbii ki. Biz magistratura dərəcəsi üzrə Menecment və liderlik proqramını başlayırıq. Bu proqram Macarıstanda  müvəffəqiyyət qazanıb. Ona görə də əminəm ki, beynəlxalq tələbələr, məsələn, gələcəkdə şirkət rəhbəri olmaq istəyən tələbələr, bu proqramın nə qədər faydalı olacağını görəcəklər.

1907559_1446847018885225_671713185_nBKF tələbələrinin təhsil haqqı, yataqxana və digər yaşayış xərcləri nə qədərdir?

Təhsil haqlarının məbləği müxtəlif amillərdən asılıdır: Bakalavr və ya magistr proqramı olmasından, tələbənin Avropa Birliyi vətəndaşı olub-olmamasından, tələbənin bizim erkən ödəmə endirimi hüququna malik olub-olmamasından və s. Bizim təhsil haqları bir semestr üçün 1350 avrodan başlayır. Yataqxana xərclərinə gəldikdə isə bizim partnyor hostellərimiz bir şəxs üçün ayda 140 avroya (kommunal xidmətlər daxil olmaqla) otaqlar təklif edir. Tələbənin ictimai nəqliyyatda bir aylıq keçidi 12 avro, bir kino bileti təqribən 4 avro, bir çörəyin qiyməti isə orta hesabla 0,6 -1.5 avro arasındadır.

Sizdə  gələcək tələbələr üçün hər hansı təqaüd və ya güzəştlər var?

Bəli, əlbəttəki var. İlk növbədə, iyunun sonunadək ərizə üçün zəruri olan sənədləri göndərən və  tələb olunan təhsil haqqını köçürən tələbələr 10% dəyərində endirim əldə edəcəklər. İkincisi, bizim beynəlxalq tələbələrə dəstək olmaq üçün Kommunikasiya Fondumuz mövcuddur.

 Yeni tələbələri cəlb etmək üçün BKF Universitetinin hədəf ölkələri hansılardır?

Əslində, BKF Universiteti bütün ölkələrdən tələbələri qəbul etməyə açıqdır. Biz bu günə qədər 4 qitədən və onlarla müxtəlif ölkədən tələbələrimizin olması ilə fəxr edirik.

 

Siz Azərbaycandan da  tələbələri cəlb etməyə başladınız. Bizim tələbələr haqqında təəssüratlarınız necədir?

Getdikcə daha çox azərbaycanlı tələbənin BKF-də təhsili seçdiyi üçün məmnunluq hissi duyuruq. Onlar artıq Beynəlxalq Tədris Mərkəzində yalnız bizə yox, həm də müəllimlərə yaxşı təəssürat bağışlayıblar. Səbəb isə çox sadədir: onlar səmimi olmaqları ilə yanaşı, olduqca ağıllıdırlar.

 

Azərbaycanda hər hansı bir nümayəndəniz və ya agentliyiniz varmı?

Bəli, var. Bizim nümayəndəmiz “Study in Hungary” (Macarıstanda Təhsil) adlanır. Onların internet səhifəsindən (www.study-hungary.com) ətraflı məlumat ala bilərsiniz.

http://dailynewshungary.com/interview-with-zoltan-dobak-the-head-of-the-international-training-centre-at-bkf-university-of-applied-sciences/

1012138_1446846922218568_525045348_n1888633_1446846818885245_1731460319_n1013857_1446846958885231_2070643429_n1509715_1446847075551886_1337441700_n10003029_1446847125551881_1740208881_nbkf-3-1024x682


Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group