Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Gəncə Dövlət Universitetində növbəti özbaşınalıq

1415652398_gduRektor, prorektorlar və digərləri ilə bağlı ilğinc iddialar gündəmə gəlib, universitetin müəllimləri sirləri açıb-tökürlər
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun rəhbərlik etdiyi təhsil ocağında yol verdiyi qanunsuzluqlar gündəmdən düşmür. Son günlər Gəncə Dövlət Universitetində yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olub.
Jam.az bildirir ki,Univeristetin müəllimləri Suliddin Əliyev, Rəşad Nuriyev, Tahirə Quliyeva və Amalya Yusibovanın adından JAM.AZ-a göndərilən məlumatlarda deyilir ki. rektor Yusif Yusibov isə ondan şikayət edilməsinə baxmayaraq, heç nəyə əhəmiyyət vermir. “Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Universitetdə heç bir ciddi islahatlar aparılmır, nəticədə mövcud neqativ halların sayı gündən günə artır, müəyyən olunmuş sayda tələbələr rektorun tapşırığı ilə ayı 200 manat olmaqla dekanlar tərəfindən aylığa buraxılır, imtahanlar zamanı rektorun yaxın adamları tələbələri müxtəlif formalı təzyiq və təsirlərə məruz qoyurlar. Bütün ixtisaslar üzrə pulyığma kampaniyasına məhz rektorun yaxınları rəhbərlik edir. Hətta oxuyan tələbələrə kollokvium zamanı açıq şəkildə «oxumağınızın nə xeyri var, onsuz da tələb olunanı verməlisiniz!” – deyilir”.
Onlar vurğulayır ki, dərslər yoxlama adı ilə pozulur. “Əslində bu yoxlamalar tədrisin keyfiyyətini yüksəltmək məqsədi daşımır. Belə ki, Y.Yusifov dekanlara bir tələbənin ayı 200 manatdan olmaqla aylığa buraxmağı tapşırıb və bunun üçün də hər qrupda 7 nəfər limit müəyyən edib. Utanc gətirəcək haldır ki, Gəncə şəhərində yerləşən digər ali məktəblərdə- Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetlərində belə bir şey yoxdur. Bir-birinin ardınca olan yoxlamalar dekanların rektoru aldadıb aldatmadığını yoxlamaq (buraxılan tələbənin sayına nəzarət olunsun deyə) üçündür. Hər bir fakültədə aylığa cıxan tələbənin 6 nəfərinin pulu şəxsən Yusif Yusibovun «qara qutusu»na – tərbiyə işləri üzrə prorektor Asif Cavadova çatır. Ümumiyyətlə, rektor Yusif Yusibovun «qara əməl»lərinin həyata keçirilməsində bu şəxsin «əməyi» çox böyükdür. “Qara qutu üzrə kassir” Asif Cavadov yığılan pullara nəzarət eləmək ücün fakültələrdə tərbiyə işləri üzrə dekan müavinlərini öz ərizəsi ilə azad etmək, həmin vəzifəyə öz adamlarını yerləşdirmək niyyətindədir. Bəzi dekan müavinlərini ərizə yazmağa məcbur etmişdir”.
Adları qeyd olunan müəllimlər vurğulayırlar ki, fakültələrin birində Müəllimlər İnstitutundan gələn tələbələrdən dərslərə gəlməməyə görə, kollekviumlara görə pul yığılmasi işlərinə Asif Cavadov tərəfindən təzə təyin edilmiş dekan müavini, baş müəllim Telli Cabbarova rəhbərlik edir. “Mənbəmizin verdiyi dəqiq məlumata görə,Asif Cavadov Tələbə Həmkarlar Təşkilatının rəhbərinə, Universitet həmkarlar təşkilatının sədrinə təzyiqlər göstərərək hər ay yığılmış üzvlük haqqının 60%-inə nəzarət edir”.
Onlar bildirir ki, Universitetdə normal tədrisdən əsər-əlamət belə qalmayıb. “Heç kimi maraqlandırmayan tədris 2-ci və 3-cü plandadır. Yusif Yusibov semestr imtahanlarını mərkəzləşdirməsinə rəğmən, universitetin professor-müəllim heyətini tez-tez kollokvium qiymətləndirilməsini qeyri-şəffaf keçirməkdə suçlayır. Müəllimlər onun gülünc “monitorinq”lərini, nəticəsi olmayan mənasız yoxlamalarını ələ salırlar. Qrupun yarısını aylığa buraxmaq, müəllimlərdən pul alaraq dərslərdən azad etmək hara, bu yoxlamalar hara?”
Müəllimlər qeyd edirlər ki, universitetdə dərs prosesi tamamilə pozulur. “Belə ki, 45 dəqiqədə əvvəlcə tyutor, sonra dekan müavini, sonra dekan, daha sonra monitorinq komissiyası, daha sonra tədris şöbəsinin işçiləri davamiyyəti yoxlamaq adıyla qruplarda dərsə girirlər,bunların hərəsi dərsin vaxtını bir az alır. Müəllim bilmir ki, dərs keçsin, yoxsa bu gələnlərə cavab versin. Bu hallar 3 qoşa saatların hər 45 dəqiqəsındən bir təkrarlanır. Beləliklə, dərsin vaxtı gedir. İmtahan qiymətləri pulla yazıldığı üçün tələbələr heç müəllimə əhəmiyyət də vermir, qulaq asmırlar. Belə olan halda bu açıq dərslər, bu yoxlamalar nəyə lazımdır? Təhsil Nazirliyi hara baxır? Nə vaxtadək o, bu rüşvətxor “ağsaqqal”ının başını sığallayacaq?”
Onlar deyir ki, Universitetdə tələbələr arasında tərbiyəvi söhbətlər aparılmır, tərbiyə işləri üzrə prorektor öz fünksiyasını yerinə yetirmir. “Çünki universitetdə çirkli pulların yığılması işinə bir başa bu prorektor başçılıq edir. Ona görə də tərbiyəvi-əxlaqi işlər sıfır səviyyəsindədir. Elə bunların nəticəsidir ki, bir neçə gün bundan öncə riyaziyyat fakültəsının 1-ci kurs tələbələri universitetdə mübahisə etmış və nəticədə Orxan Qarayev öz qrup yoldaşı Toğrul Mirzəyevə 4 bıçaq zərbəsi vurmuşdur. Məlumunuz olsun ki, tərbiyə işləri üzrə prorektor vəzifəsinə Yusif Yusifovun təqdimatı ilə Asif Cavadov təyin edilmişdir. Bu, o, Asif Cavadovdur ki, müəllimə yaraşmayan hərəkətlərinə və rüşvətxorluğuna görə şikayətlər əsasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təkidi ilə işdən qovulmuşdu. Amma buna baxmayaraq indi yenə də Asif Cavadov öz övladına tərbiyə verə bilməməsinə rəğmən, GDU-nun tələbə və müəllim kontingentinə tərbiyə işləri üzrə prorektorluq edir. Bundan başqa universitetdə yaradılmış etika komissiyasını sədri də bu şəxsdir.(???) Bu komissiyada isə etikadan başqa hər şey müzakirə olunur. Rəhbərliyin rüşvətxorluq siyasətinin əleyhinə çıxan, aylığa buraxılmış tələbələrə qayib yazan müəllimlər burada “mühakimə” olunur. Ancaq Asif Cavadovun,Yusif Yusifovun,Mübariz Yusifovun və digərlərinin biabırçı macəraları bu komissiyanın işi olduğuna baxmayaraq heç gündəmə də gəlmir, ancaq bu biabırçıliqlar kollektivin gözləri qarşısında baş verir”.
Daha sonra qeyd edilir ki, Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur. “Onun bu xidmətləri isə Yusif Yusibov tərəfindən layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub, hətta “İdman” kafedrasının əməkdaşı Vəzir Əliyevi də bu qara-qura işlərdə özünə köməkçi götürmüşdür. Çox maraqlıdır, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir. Rektor isə artıq universitetin elmi şurasını, rektoryanı şuranı rinqə çevirib. Belə ki, elmi şuranın iclasları artıq söyüşlərlə, təhqirlərlə müşayiət olunur. Rektor özünün xüsusi adamlarını professorların üzərinə saldırır, onların nüfuzdan salınması üçün dəridən-qabıqdan çıxır. Belə ki, rektor Yusif Yusibov, Şahin Tagıyev kimi hörmətli professoru, elm adamını – nə az, nə çox düz 10 il universitetin prorektoru olmuş şəxsi – nüfuzdan salmağa çalışır. Şahin Tagıyev isə görkəmli professordur, onlarla monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir. Vaxtılə GDU-nun elmi işlər üzrə prorektoru olub, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının pedaqogika üzrə ekspert komissiyasının üzvü, pedaqogika üzrə Respublikada yeganə Dissertasiya Şurasının üzvüdür. Ş.Tağıyevin onlarla elmlər namizədinin yetişdirilməsində böyük rolu olub. Respublikamızda pedaqogika üzrə qəbul edilən, sayılan hörmətli professorlardandır. Rektor Y.Yusibov qısqanır ki, birdən Ş.Tağıyev rektorluq kürsüsünə göz dikər. Ona görə də dos. Əliqıllı Quliyev kimi öz adamları vasitəsilə iclaslarda Ş.Tağiyevi nüfuzdan saldırtdırır. Hələ buna qədər öz yaxınlarının vasitəsilə tarix elmləri doktoru, professor AMEA-nın müxbir üzvlüyünə namizəd H.Sadıqova da AMEA-ya seçkilər ərəfəsində hücumlar təşkil etdirmişdi və saytlardan birində onun haqqında çox təhqiredici bir yazı çıxmışdı”.
Müəllimlər iddia edir ki, Y.Yusibov Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında saxta tələbə qəbulu ilə də əlaqəlidir. “Onun bu işlərini öz yaxın dostu olan kafedra müdiri yerinə yetirirdi. Onu bu vəzifəyə də Yusif Yusibov gətirmişdi. Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətinə xitam verdikdən sonra valideynlər pullarını ala bilmədiklərinə görə onun xarici markalı maşınını və evini əllərindən almışlar. Layiq olmadığı halda belə bir korrupsioner, adı qalmaqallarda hallanan, elmdən xəbərsiz bir adama “respublikanın qabaqcıl təhsil işçisi” fəxri adının verilməsi üçün Y.Yusibov təqdimat da verib və buna nail də olub. Y.Yusibov öz yaxın adamlarına layiq olmasından asılı olmayaraq fəxri adların və mükafatların verilməsi üçün təqdimatlar verir”.
Qarşə tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button