“Fulbright” proqramına qəbul başladı

my_fulbright_life_2ABŞ Dövlət Departamenti və ABŞ Səfirliyi “Fulbright” proqramına qəbul elan edir.

Proqram universitet tələbələrinin 1 və ya 2 il boyunca təhsillərini Amerikada davam etdirə bilmələri üçün nəzərdə tutulub.

Namizədlərə olan tələblər:

  • universitet dərəcəsi olmalı;
  • hal – hazırda ali təhsil ocağında çalışmalı
  • ingilis dilini şifahi və yazılı şəkildə yüksək səviyyədə bilməli (seçilən namizədlərdən TOEFL testi götürüləcək)
  • minimum 2 illik təcrübəsi olmalı

Ərizə forması aşağıdakı kimi olmalıdır;

·        tam doldurulmuş ərizə forması

·        istək məktubu

·        3 tövsiyə  məktubu

·        Tərcümeyihal (CV)

·        Diplomun surəti (bütün dərəcələr)

Bütün sənədlər ingilis dilində olmalıdır. Müraciət online formada qəbul olunur. Müraciət etmək istəyənlər online ərizə formasını  https://apply.embark.com/student/fulbright/international – dan əldə edə bilərlər.

Müraciət üçün son tarix: 15 İyul 2013

Ətraflı məlumat üçün linkə daxil olun: http://azerbaijan.usembassy.gov/edu2/fulbright-program.html

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button