Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Fransada türklər daha çox dönərxana açmaqla məşğul olduqları halda, ermənilər dövlət işlərilə məşğul olmağa çalışırlar

Dövlət Proqramı çərçivəsində Sumqayıtdan ilk dəfə xaricdə oxumaq şansı qazanan tələbə Elmar Yusifli ilə müsahibə…

“ Yaşadığımız Bezanson şəhərini Şuşaya bənzədirlər. Məhz, buna görə sırf orada yaşamaq üçün gedən həmvətənlərimiz var”

Bu günlərdə Fransada təhsil alan sumqayıtlı tələbə Elmar Yusifli “sumqayitxeber.com” saytının və “Sumqayıt Xəbər”  qəzetinin qonağı oldu. Elmar 2007-ci ildə 21 saylı orta məktəbin məzunu olub. Elə həmin il 1-ci qrup üzrə qəbul imtahanında iştirak edib və yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasının  avtomatika və  idarəetmə fakültəsinə daxil olub.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransaya göndərilib.

– Necə oldu ki, Fransada təhsil almaq qərarına gəldin?

– Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının şərtlərinə əsasən, 1-ci qrup üzrə 550 baldan, qalan qruplar üzrə isə 600-dən yuxarı bal toplamış abituriyentlərin həmin Proqramda iştirak etmək hüququ var idi.  İmtahanlara 2 gün qalırdı müraciət etdim. İmtahanları TQDK sədri Məleykə xanım keçirirdi. İmtahan məntiqdən idi və üzbə-üz keçirilirdi. İlk dəfə Sumqayıtdan tək mən bu Proqram çərçivəsində xaricdə oxumaq şansı qazandım.
İlk dəfə Fransaya gedəndə 13 nəfər idik. Fransız dilini içimizdə 1 nəfər bilirdi. Biz ingilis dilində bilirdik, amma orda da heç kim ingilis dilində danışmırdı. Çünki aralarında yüzillik müharibə var. Araları yoxdur. Dili bilməməyimiz, başqa bir aləmə düşməyimiz  bizi birləşdirdi. Beləcə Bezanson şəhərində qalmalı olduq.  Bezanson şərqi Fransanda, Dou (Doubs) çayının üzərində yerləşən kiçik və qədim tarixə malik bir şəhərdir. Eyni zamanda Franş Komte regionunun da paytaxtıdır. Strasburqla Leon şəhərinin arasında yerləşir.

– Sumqayıta bənzərliyi varmı?

– Yox, Sumqayıta yox, Şuşaya bənzərliyi var…

– Şuşada olmusan ki?

– Yox olmamışam. Orada yaşayan azərbaycanlılardan məhz o şəhərin Şuşaya oxşaması üçün gedənlər var idi. Onlar deyirdilər ki, bu şəhər Şuşaya oxşayır. Birdənə bu şəhərdə çay var və fərq burdadır.

– Fransız dilini neçə aya öyrəndiniz?

– Dili 9 ay müddətinə Universitetin nəzdində öyrəndik. Həmin müddətdə təhsil almadıq. Ancaq dil öyrəndik. Tam deyə bilmərəm, ancaq 60-70 faiz demək olar ki, Fransız dilini bilirəm. Texniki dildə demək olar ki, təmiz bilirəm danışmaq və yazmaqda isə deməzdim tam bilirəm.

– Sumqayıtla Bezanson arasında fərqlər varmı? Daha çox fərqlər nədə hiss olunur?

– Düzü indi texnologiya orda da var, burda da. Biznən onları fərqli edən ictimaiyyətdir. Orda ictimaiyyət passivdir. Burada universitetlər ordan fərqlidir. Orda mənim tələbə yoldaşım demək olar ki, yoxdur. 13 nəfər sinifdə otururuqsa,sadəcə salam verib çıxırıq. Soyuq qanlıdırlar. Prespektivlik yoxdur. Təkcə universitetdə deyil, həyatda da elədir. Heç kim heç kimin işinə qarışmır.

– Orda təhsildə rüşvət hallarına rast gəlinirmi?

– Düzü deyirlər var, ancaq mən hələ ki, görməmişəm.

– Bayaq qeyd elədin ki, orda passivlikdir. Bunu nəyə əsasən deyirsən?

– İldə 4 əsas tədbir keçirilir. Bunlardan biri opera ilə bağlıdır. Digərləri ümumi yeməklə bağlı, musiqiylə bağlı və ümumi  görüşlər, debatlar. Düzdü bizim opera ilə bağlı əlimizdə güclü resurslar yoxdu. Ancaq o biri üç sahədə biz iştirak edirik. Bu il xüsusilə iştirak etdik. Biz orda tələbələrlə birlik yaratmışıq. Əslində biz orda yeni ilimizi, novruz bayramımızı qeyd etmək üçün, hər hansı bir yer kiraləməli olurduq. Olurdu ki, icazə vermirdilər. Hər adam gedib yer danışa bilməz, vermirlər. Mütləq hər hansı bir birlik nəzdində biz ona rəsmi şəkildə müraciət etməliyik. O məqsədlə biz assosiasiya yaratdıq. Biz keçən il 27 nəfər idik.

– Fikir vermisinizsə, Sumqayıtda insanlarda aqressiya daha çox hiss olunur. Sanki insanlar harasa tələsir. Orada necə, insanlarda bu aqressiya hiss olunurmu?

– Orada Bezanson şəhərində aqressiya hiss olunmur. Yaşamaq üçün çox rahat şəhərdir. Dili öyrəndikdən sonra fransız dost tapdım. Parisdə universitetdə işləyirdi. Məni də ora dəvət elədi. İndi də onunla əlaqəmiz var. Parisdə ən güclü İnformasiya Texnologiyaları üzrə universitetə apardı. Sənədlərimi verdim və qəbul elədilər. Bir həftə mən orada qaldım. Parisdə o həyəcanı hiss elədim. Kim qarşıma çıxırdısa qaş-qabaqlı və üstəgəl uşaqların orda mənimlə olmaması.  Parisdə ev tapa bilmədim, ona görə əşyalarımı götürüb geri Bezansona qayıtdım.

– Orada bir universitetdən başqa universitetə  keçid necədir?

– Orada hər ilin sentyabrından növbəti ilin sentyabrına kimi müqavilə qüvvədə olur. Sentyabr ayından sonar bütün müqavilələr dondurulur. Universitetdə bu il oxuyursansa,  bu o demək deyil ki, sən gələn il universitetin 2-ci kursunda oxuyuacaqsan. Sənədləri yenidən aparıb təqdim etmək lazımdır. O da ki, istənilən universitetə aparıb təqdim etmək mümkündür.

– Orada təhsilin səviyyəsi necədir? Qane edirmi? Hər halda dostlarınla müqayisələr aparırsınız…

– Mən Fransadakı təhsil sistemini bəyənirəm. Amma nəyi bəyənmirəm orada prespektivlik yoxdur. Belə ki, tələbələri fəallaşdırmaq üçün, birləşdirmək üçün maraqlı bir tədbirlər keçirilə, ilin tələbəsin seçə, yəni tələbədə inkişaf etmək üçün bir universitetdə tələbə həmkarlar ittifaqı yoxdur ki, stimul ola…

– Niyə bunları reallaşdırmaq üçün  təşəbbüslə çıxış etmirsiniz?

– Bilirsiniz, orada ölkə miqyasında bu yoxdur. Orada heç kim heç kimin işinə qarışmır və rəqabət yoxdur. Demək olmur ki, mən səndən güclü oxuyuram. Adama deyərlər ki, oxu da mən belə oxuyuram. Məncə hər bir yerdə inkişaf üçün rəqabət lazımdır. Bəlkə də bu onunla əlaqədardır ki, həmin ölkə maksimum inkişaf edib və görsənir buna görədir ki, rəqabət dayanıb. Bizdə isə hələ rəqabət gedir. Hər kəs irəli getməyə can atır.

– Araşdırmalar göstərir ki, gənclərin əksəriyyəti xaricdə təhsil almağa və orda yaşamağa üstünlük verir. Sən necə düşünürsən getməkləri yaxşıdır yoxsa yox?

– Əlbəttə ki, gənclərin xaricdə təhsil alması müsbət haldır. Hətta mən özüm də çalışıram ki, Fransada təhsil almaq istəyənlər olsa onlara dəstək olum. Xaricə gedən tələbənin ən azı dünyagörüşü artır, xaricdə olan tələbə başqa bir ictimaiyyət görür, bizim ictimaiyyətlə fərqi başa düşür. Sözsüz ki, ora gedən tələbə orada oxumaq qabliyyətinə malik olur. Başa düşməlidir ki, o orada qalmalı və oxumalıdır. Xaricdə oxuyan tələbə müqayisə apara bilir və təhsil aldığı ölkədə olan yaxşı cəhətləri gələcəkdə ölkəmizə gətirir. Onlar gələcəkdə bizə lazımlı kadr ola bilər. Mən şəxsən istəyirəm ki, tələbələrimiz buna can atsınlar və xaricdə təhsil alsınlar. Ancaq eyni zamanda ölkəmizə töhvə verməyi də unutmasınlar.

– Şəhərimizə qayıtdıqda burda nələrin dəyişməsini istərdin?

– Mən bayaq qeyd etdim ki, elə də fərq yoxdur. Yəni bu fərqin olmaması texnoloji baxımdandır. Amma  ölkəmizdə ediləsi işlərin 90%-nin durduğunu deyərdim. Fransaya çatmaq üçün çox işlər görmək lazımdır. İlk öncə qanunlar güclənməlidir. Misal üçün ekologiya ilə bağlı qanunlar güclənməldir. Hər kəs bilməlidir ki, yerə zibil atılmamalıdır. Mən şəhərimizdə görürəm ki, bununla bağlı aksiyalar keçirilir ancaq insanlar yenə də yeri zibilləyir.

– Deyirsən ki, cərimələr olmalıdır? Orada bu cür məsələlər necə tənzimlənir?

– Bəli, orada cərimələr var və hətta elə bir mühit var ki, insan yeri təmiz gördükdə çalışır ki, yerə zibil atmasın. Gözəlliyi gördükdə artıq  insan özü özünü məcbur edir ki, yeri zibilləməsin.

– Amma burada olduqda yəqin ki, yerə zibil atmısan…

– Bəli, əvvəl hamı kimi mən də yerə zibil atırdım. Ancaq indi belə hal baş vermir. Burada da artıq adət etdiyim üçün atmıram. Burada hər yerdə marketlər var. Ancaq orada hər regionda böyük mağazalar var. Bu həm də rahatlıqdır. İstədiyini seçmək imkanı olur. Həm də qiymətlər hər yerdə eyni səviyyədədir. Keyfiyyətsiz mallara rast gəlmək mümkün deyil. Orada kim istəsə bir qiymət qoya bilmir. Təbiət gözəldir. Hər tərəf yaşıllıqdır və su boldur. Kürdəmirdən tələbə yoldaşımız var, deyir bizdə bu qədər yağış yağsa Kürdəmirdə hər yer gözəllik olar (gülür). O yağış nəticəsində hər tərəf otlaq yaşıllıqdır. Orada oturduqda adamın əsəbləri sakitləşir. Orada yol hərəkəti qaydalarını deyərdim. Mən gələndə orada imtahan verdim və sürücülük vəsiqəsi aldım. İmtahan vermək üçün 40 sualdan maksimum 5 sualda səhf etmək olar. Düzdür, imtahanda fransız dilini tam bilməməyim mənə çətinlik yaşatdı. Mən ay yarım orda davamlı olaraq imtahana getdim.

– Orada vəsiqəni rüşvətlə almaq mümkün deyil?

– Yox, qətiyyən.

– Fransada yol hərəkət qaydalarını pozma halları, polisin buna münasibəti bizimlə müqayisədə necədir?

– Bizimlə onlar arasında yol hərəkət qaydalarında çox fərq var. Bizdə yol hərəkət qaydalarına əməl edən mən deyərdim ki, yoxdur. İtaliyada da bizdəki kimidir. Ancaq Fransa və Almaniyada yolda maşın sürərkən adam əsəbləşmir. Dayanıb maşınla qarşıdakına yol verdikdə və onun başı ilə təşəkkür etdikdə insan zövq alır. Hətta orda türklər var, deyir ki, qarşıdakı insanın məhz təşəkkürünə görə insan istəyir ki, yol versin. Məhz ona görə dayanıb yol verirlər. Misal çəkə bilərəm, mən bir dəfə velosipetlə keçərkən avtobus məni görmədi. Baxmayaraq ki, yol sağdan gələnin idi. Saxladı və mən başımla işarə elədim ki, keçsin. Onun mənə təşəkkür etməsi  mənə çox xoş təsir bağışladı.
Burada tıxaclara əsas səbəb maşınların yolda necə gəldi hərəkət etməsidir. Şəhərdə görə bilərsiniz ki, işarələr var ki, durmaq olmaz. Ancaq bütün taksilər yolun ortasındadır. Mən burada maşın sürmədim. Çünki,  sürsəm vərdiş edəcəm və orada da qanunları pozacam. Keçən il türk dostum mənimlə bura gəlmişdi. Deyirdi ki, birlikdə maşın sürərik. Ancaq gəlib burda elə gördü ki, hətta yolu keçəndə də əlindən tutub keçirirdim.

– Burdan fərqli olaraq orda nələrlə qarşılaşmısan?

– Velosipetlə kimisə ayaqladığım da olub. Hirslənmişəm ki, mən sürə bilmirəm sənə nə olub, çəkil heç olmasa. Ancaq o durub məndən üzr istəyib. Olur ki, axşam kinoteatrdan  çıxırıq  sonuncu avtobusa çatmırıq. Gecə sakit havada içmiş adamlar və yaxud kənar şəxslər insanı narahat etmir. Düzdür içkili insanlarla da rastlaşırıq. Onlar sadəcə yaxınlaşıb, “cənablar, sizdə qəpik olmaz?” deyərək müraciət edirlər. Vermədikdə isə, “oldu cənablar üzr istəyirəm” deyib keçirlər.
Parisdə olub ki, gecə küçədə qalmışam, heç kim yaxınlaşıb bir söz deməyib. Burada bəzən içkili insanlardan adam qorxur ki, nə isə edə bilər. Amma mən orda belə bir halla rastlaşmadım.

– Yemək problemini necə həll edirsiniz?

– İlk dəfə gedəndə 3 ay apardığımız yeməkləri yedik. Çünki, mağazaları tanımırdıq. Buradan çoxlu yemək üçün qida aparmışdıq. Bilmirdik orada nə var, nə yox.  Sonradan tapdıq mağazaları.

– Bəs sizə orda dəstək verən bir təşkilat yox idi?

– Bizi orda tələbə təşkilatı – Knus – öhdəliyinə götürmüşdü. Onlar da bizi qəbul edib göndərdilər universitetə.

– Orda insanlar arasındakı münasibətlər necədir?

– Mən sərbəstlik cəhətdən oranı xoşlayıram. Orada da qonşular arasında münasibət var. Kiməsə nə isə lazım olduqda kömək edirlər. Ancaq çox əlaqə saxlamırlar. Burda çox yaxınlaşma süniləşmə yaradır. Cəmiyyətdə çox görmüşəm ki, “qonşum bunu belə başa düşər” deyə hərəkət edirlər. Hansı ki, başqa yol o insana daha rahatdır. İnsana necə rahatdırsa elə yaşamalıdır. Orda heç kim heç kimin işinə qarışmır. Hər kəs tam sərbəst şəkildə özü olur.

– Aparılan sorğular onu göstərir ki, təhsil almaq üçün gənclərin əksəriyyəti ölkəni tərk etmək istəyir. Səncə bu yaxşı haldırmı?

– Bildiyimiz kimi, neft sahəsində olan ölkələr adətən birtərəfli inkişaf edir. Bizdə də tələbələri ona görə göndəriblər ki, xaricdə yiyələndikləri bilikləri gəlib gəlib ölkəmizə tətbiq etsinlər. Amma, mütləq qayıtmaq lazımdır deyə bir şərt yoxdur. Qalsaq da, Azərbaycan üçün çalışmalıyıq. Ya səfirlikdə, ya da diasporamızda. Oradakı birliyimizlə məhz ölkəmizə fayda verək. Bizim dövlətin hazırladığı proqram heç bir ölkədə yoxdur. O elə bir layihədir ki, tələbədən heç nə tələb etmir. Sadəcə olaraq tələb edir ki, təhsil al. Mən sənə bu qədər pul verirəm, sən çalış üzrsüz səbəbə dərsdən kənarda qalma. Mən kompüter sahəsində təhsil alıram və bu bizə gələcəkdə çox lazımdır. Fransada texnologiyanın tətbiqi sahəsi çox inkişaf edib. Texnologiya Amerikada çıxırsa bu Fransanın kəndində belə dərhal tətbiq olunur. Fransada kəndlərdə belə kabelsiz internet vardır. Kabellə sürətli internet də var. Fransızların hər biri çalışır ki, axırıncı texologiya evlərində olsun.

– Sumqayıtın gələcəyini necə görürsən? Gələcəkdə hansı sahədə yeniliklər görmək istərdin?

– Bu gün Sumqayıt demək olar ki, əvvəlki kimya şəhəri kimi qəbul olunmur. Sumqayıt heç də Bakıdan geridə qalmır. Havanın təmizliyinə görə, genişliyinə, tıxaclara görə burada yaşamaq çox rahatdır. Sumqayıt çox gözəl turizm şəhəri, ekologiya şəhəri ola bilər. Yəni, məhz keçmişdə olan zəhərli şəhərin əksi kimi…

– Ancaq iş baxımından da müəyyən addımlar atmaq lazımdır…

– Sözsüz ki, bu gün iş yerlərinin əksəriyyəti Bakıdadır. Mən düşünürəm ki, ya Sumqayıtda olmalıdır ya da Bakıda. Mən onu üstün tutardım ki, Sumqayıt yaşayış şəhəri olsun, Bakı isə iş şəhəri. Sumqayıt o zaman tikildi ki, ağır sənaye Bakıda yox Sumqayıt ərazisində olsun. Yəni şəhərin kənarında olsun. Bakı yaşayış Sumqayıt isə iş üçün olsun. Bu gün mən əksini düşünürəm, yəni Bakıda iş yerləri varsa, insanlar orda işləməli və Sumqayıt isə yaşamaq üçün şəhər olmaldır.

– Fransada təhsil almaq istəyənlər nə qədər təhsil haqqı ödəməlidir?

– Orada bir tələbənin təhsil haqqı 381 avrodur. Digər ölkələrlə müqayisədə çox ucuzdur. Orada təhsil almağın çox sadə yolu var. Fransa universitetlərinə girmək üçün sadəcə olaraq həmin tələbənin dil bilgisi ilə bağlı “b2” səviyyəli sertifikatı olmalıdır. O sertifikatı burada da almaq olur. İnternet vasitəsi ilə  də imtahan verib bu sertifikatı əldə etmək olur. Universitetə istənilən vaxt bu sertifikatı göndərib gedib oxumaq olar. Orada imtahan vermirsən, sərbəst istədiyin fakültəyə daxil ola bilrəsən.

– Ola bilər ki, qiymətlərin ucuz olması universitetlərin əyalətdə olması ilə bağlıdır?

– Yox bu qiymətlər Parisdə də demək olar ki, eynidir. Bu məbləğin 178 avrosu tibbi sığortaya ayrılır ki, xəstələndikdə sığortanın 60%-ni ödəməlidir. Qalan məbləğ isə universitet xərclərini ödəyir. Üzgüçülük hovuzundan tutmuş, gitara dərslərinə kimi hər şey pulsuzdur. Sadəcə olaraq atestat qiymətləri nəzərə alınır. Əgər tibb üzrə təhsil almaq istəyirsinizsə kimya və fizika fənlərindən olan qiymətlərə fikir verillər.

– Orta məktəbləri müqayisədə necədir? Orada daha çox bilgi verilir, yoxsa bizdə?

– Bizdə nəzəriyyə güclüdür, orada isə praktika. Orada bəzi elementləri biz gözümüzlə görəndə sevinirdik ki, bu həmin biz orta məktəbdə keçdiyimiz elementdir. Bizdə isə sovet dövründən qalma nəzəriyyə inkişaf edib. Ancaq biz onlardan təhsildə nəzəriyyə baxımından çox qabaqdayıq. Ordan baxanda ölkəmizdə rəqabət daha çox görsənir. Rəqabət mən deyərdim ki, inkişaf deməkdir.

– İşlə təmin olunma necədir? Universiteti bitirdikdən sonra təyinatlar varmı?

– Eşitdiyimizə görə çox çətindir. Hər kəs universitet bitirdikdən sonra şəxsi vərəqə (cv) göndərməklə iş axtarışına çıxır. Yəni bizdəki kimi.

– Artıq 3 ildir ki, Fransadasan. Gənclərin Fransada təhsil alması üçün hər hansı bir addım atmısınızmı?

– Mən ora gedən kimi internet sayt yaratdım. Məqsədim burda olan gənclərin diqqətini Fransaya yönəltmək idi. Daha sonra assosiasiya yaratdıq. Orada ictimai birlik yaratmaq çox sadədir. İndi daha geniş tərkibdə fəaliyyət göstərmək istəyirik. Birliyi yaratmaqda məqsədimiz burdakı gənclərin diqqətini Avropaya yönəltməkdir. Yəni gənclərin Avropada təhsil almasını reallaşdırmaq. Bu istiqamətdə işlərimiz davam edir. Birliyimizin burada nümayəndəliyini açmaq fikrindəyik. Şəhərimizdəki nümayəndəlik burada maarifləndirmə işləri aparacaq və gənclərə dəstək olacaq ki, xaricdə təhsil almağın yollarını öyrənsinlər. Biz də orada lazım olan dəstəyi onlara verək ki, rahat şəkildə təhsil ala bilsinlər. Biz çox çətinliklər çəkmişik. Çünki, ilk gedən biz idik. Bundan sonra ora gələn tələbələr elə də çətinlik çəkmirlər. Çünki biz kömək edirik. Bununla yanaşı, biz həm də ordakı gənclərə Azərbaycan universitetlərini tanıdırıq. Bu məqsədlə sərgilərdə iştirak edirik. Təqdimatlar edirik. Əgər universitetlər bizə materiallar versə, biz bunu daha geniş şəkildə təqdim edə bilərik. Gələcəkdə bu istiqamətdə də layihələrimiz var.

– Fransada ermənilər sizin fəaliyyətinizə mane olmurlar ki?

– Bildiyiniz kimi Fransada ermənilər daha çoxdur. Getdikcə rəqabət daha da çoxalır. Düzü üzdə elə də kin görsənmir. Qarşılaşanda salamlaşırıq…Bilirsiniz orda türklər daha çox dönərxana açmaqla məşğuldur, onlar isə dövlət işlərinə daha çox fikir veriblər və indi də verirlər. Universitetlərdə də türklər çox azdır. Orada rəqabət gizlin gedir. Üzdə biz bunu hiss etmirik.
Mehriban  Əliyevanın dəstəyi ilə orada, INALCO-da (Şərq dilləri və sivilizasiyası üzrə milli inistitut) Azərbaycan dili şöbəsi açıldı. Parisdən və Azərbaycandan müəllimlər gəldi. Oradakı ermənilər əvvəlcə dərs saatlarını azaltmağa çalışdılar, sonra isə ləğv etməyə. Ancaq alınmadı. Sonradan Mehriban xanımın sayəsində dərs saatlarını çoxaltdılar. İndi də əl atırlar ki, özləri orada dərs desinlər. Tezliklə kurslara gedib Azərbaycan dilini öyrənirdilər ki, dərs keçsinlər. Bu da alınmadı. İndi çalışırlar ki, ermənipərəst fransızlar orada dərs keçsinlər. Onlar Azərbaycan haqqında pis aura yaratmaqla məşğuldurlar.

– Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırmaq üçün hər hansı bir aksiyalar keçirirsinizmi?

– Biz çalışırıq ki, hər il Fransada təşkil olunan aksiyalarda iştirak edək. Xocalı soyqırımı ilə bağlı aksiyalar təşkil olunur. Səfirlik bu sahədə bizə dəstək olur. Biz tələbələr də bu aksiyalarda öndə oluruq. Bundan sonra da bu istiqamətdə müəyyən planlarımız var. Elə birliyi yaratmaqda məqsədimiz də ondan ibarətdir ki, bu işləri birgə həyata keçirə bilək.

/Sumqayitxeber.com/ “Post Thumbnail”

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button