Fransada təhsil barədə hər şey

Paris

Fransız dilini Fransanın özündə öyrənmək xarici dili öz dilin kimi yaxşı bilmək üçün ən yaxşı vasitədir. Bu dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq, gündəlik baş verən hadisələr, dili qavraya bilməyin,( yəni eşitmə qabiliyyəti) vacibliyi ən qısa zamanda sizə fransız dilini öyrənməyə imkan yaradacaq.

Fransız dilini Fransanın özündə öyrənmək, xarici dili öz dilin kimi yaxşı bilmək üçün ən yaxşı vasitədir. Bu dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq, gündəlik baş verən hadisələr, dili qavraya bilməyin vacibliyi ən qısa zamanda sizə fransız dilini öyrənməyə imkan yaradacaq.

FRANSA – şagird və tələbələrin ölkəsi

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.

Sonuncu məlumatlara görə, Fransada şagird və tələbələrin sayı 15 mln. yüksəlib və bu da ölkədəki əhalinin 4/1 təşkil edir. Ölkədə 7 min kollec və 2600 lisey var. Hər il dövlət büdcəsindən təhsilə 21 faiz vəsait ayrılır.

Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu ölkədə  silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri var. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.

Fransada təhsil sistemi

Dil mərkəzləri

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.

Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər  Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Fransada kolleclər

Kolleclər orta ixtisas təhsili sahəsidir. Fransada belələri mövcud deyildir. Burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar.  2-3 il təhsil müddətində hansısa bir iş peşəsi almaq olar. Bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər.

Başqa çıxış yolu da var: kolleci bitirdikdən sonra  əmək peşəsi təlimi mərkəzlərindən birinə daxil ola bilər və öz ixtisasına uyğun olaraq işləyə bilməsi üçün sertifikat ala bilər.

Fransada orta və yüksək təhsil arasında  elə bir ciddi sərhəd yoxdur. Birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransada universitetlər

Fransanın ali təhsil sistemi bu gün yüksəlmə dövrünü yaşayır. Əgər 1980-ci ildə tələbələrin sayı 1.2 mln idisə, 2001-ci ildə bu göstərici 2 mln-ya çatdı və artmağa da davam edir. Fransa torpağında ali təhsil alan hər 10 tələbədən biri əcnəbidir.

Fransada təhsil sürətli və çevikdir. Universitet təhsili 3 hissəyə ayrılır. Tələbələr hər birini bitirdikdə diplom alırlar.

Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.

İkinci hissə də 2-3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.

Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.

Fransada təxminən 80 universitet və 300-ə yaxın məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər.  Böyük əyalətlərdəki şəhərlərdə – Lilya, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada  2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər  fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.

Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki,  Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı  təşkil olunmuşdur. Ən ali ticarət  məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.

Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər.

Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir. Bunlardan 1-cilər fransız inqilabından əvvəl yaranmışdı: Dağ məktəbi 1783-cü ildə. Bir il sonra körpü və yolların çəkilməsi üçün tikilmiş krallıq məktəbi. Bir qayda olaraq, böyük biznesə və siyasətə gedən yol məhz onlardan keçir. Ekol Normal, Ali Təsərrüfat məktəbi, Ali Ticarət məktəbi, Texniki məktəb, mühəndis vətəndaşlar üçün Mərkəzi məktəb, Hərbi ümumqoşun məktəbi daha çox məşhurdurlar. Doğrudur, əcnəbinin buraya daxil olması çox çətindir, belə ki, hər iş ayrı-ayrılıqda, lazımınca araşdırılır, çox vaxt rədd edilir. Ən yaxşı şans BAC attestatına sahib olanlardadır, ancaq onlara da 1-2 il xüsusi məşğələ siniflərində çalışmaq, amansız konkursda səbirli olmaq lazım gələcəkdir.

Fransız təhsil müəssisələrinə daxil olma prosesi çox çətindir.

Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin, heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.

Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.

Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1-2 illik təhsil ehtimal olunur.  Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

Günel  Məmmədova

/TELEBE.AZ/

12 Comments

  1. Aytac says:

    Salam,mən Azərbaycan Dillər Universitetinin “Pedaqoji” fakultəsində (İngilis dili üzrə) təhsil alıram.Mən magistr təhsilini Fransada almaq istəyirəm.Ancaq bilmək istəyirəm ki,fransız dilindən deyil,ingilis dilindən imtahan verməklə Fransada təhsil almaq mümkündürmü?

  2. meta says:

    salam.mən Dillər Universitetinin «tərcümə(ingilis dili)» fakültəsinde II kurs telebesiyem.bilmek istyrem dovlet hesabina fransada MBA proqrami uzre tehsil almaq istyrem. dovlet hesabina bu olar? ve eger olarsa bunu uchun neler lazimdi?

  3. meta says:

    salam.mən Dillər Universitetinin «tərcümə(ingilis dili)» fakültəsinde II kurs telebesiyem.bilmek istyrem dovlet hesabina fransada MBA proqrami uzre tehsil almaq istyrem. dovlet hesabina bu olar? ve eger olarsa bunu uchun neler lazimdi.

  4. Salam.men Fransada magistratura tehsili almaq isteyirem,bunun ucun men hara muraciet etmeliyem?

  5. Aygun says:

    salam , men maqistraturami fransada oxumaq isteyirem bu bared en edeceyiomi mene deye bilersiz aehmet olmasa, neyneye bilerem, ne lazimdir ,, hansi sened hansi dil ve bawqa lazim olan bir weyler haqqinda mene deqiq melumat vererduzde zehmet olmasa .onceden cox sag olun

  6. Rovshan says:

    salam Gunel. Her olkenin tehsil sistemi ferqli oldugu ucun onlarin qebul qaydalari da ferqlenir. Hetta bezen bir olkenin ayri-ayri universitetleri qebul ucun ferqli shertler gosterirler. Siz, zehmet olmasa hansi olkede tehsil almaginizi deqiqleshdirin, chalisaram size melumat verim….

  7. Rovshan says:

    salam Gunel. Her olkenin tehsil sistemi ferqli oldugu ucun onlarin qebul qaydalari da ferqlenir. Hetta bezen bir olkenin ayri-ayri universitetleri qebul ucun ferqli shertler gosterirler. Siz, zehmet olmasa hansi olkede tehsil almaginizi deqiqleshdirin, chalisaram size melumat verim….

  8. Leyla says:

    Men oz bildiyim yolu size deye bilerem.Bakida FRansa medeniyyet merkezinde fr dili kurslari var.Fr dilini orda yaxshi oyrene bilersiniz,bundan elave orda imtahan vererek dil seviyye diplomu da almaq olar.

  9. zehmet olmasa mene xarici universitetlere nece qebul olmaq barede melumat veresiniz.menim buna cox ehtiyacim var.artiq derecede sizden xahiw edirem.esasen Fransa,Isvec,Isvecrede tehsil almaq isteyirem.bunun ucun men ne etmeliyem?bu barede melumet veresiniz.onceden size oz derin tewekkurumu bildirirem.

  10. arzu says:

    fransada dil kurslari kecmek isdiyirem bu mumkunmudur?ve hara muraciyet etmeliyik?Azerbaycanda ola-ola dil seviyye diplomu almaq olarmi?

  11. reyhan says:

    Men Fransada fransiz dilini oyrenmek uchun hara muraciet etmeliyem? xahish edirem mene komeklik ederdiniz

  12. men baki slavyan unversitetinde oxuyuram ve sentyabrda 2-ci kursa gedecem.Isteyim fransada tehsil almaqdi amma fransiz dilini bilmirem,ingilis dilinide orta bilirem,ne etmeliyem

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan