Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!

SOCAR-logoARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü25.10.2013 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft mühəndisliyi (istismar, qazma və sairə)
Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektrik/elektronika/energetika mühəndisliyi
Kompüter mühəndisliyi və İKT
Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
Ekologiya (çevrə mühəndisliyi)
İnşaat mühəndisliyi
Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeyd: Müsabiqədən uğurla keçən namizədlər ARDNŞ hesabına intensiv fransız dili kurslarında iştirak etmək hüququ əldə edəcəklər.

http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/TP/elanlar/elan1.html#france

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group