Fransada ingilis dilində magistr təhsili al!

paris_students_picARDNŞ Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis dilində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 10.03.2014 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft mühəndisliyi (istismar, qazma və sairə)
Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektrik/elektronika/energetika mühəndisliyi
Kompüter mühəndisliyi və İKT
Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
Ekologiya (çevrə mühəndisliyi)
İnşaat mühəndisliyi

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.

Qeyd: Müsabiqəyə müraciət üçün İELTS və yaxud TOEFL sertifikatı mütləqdir.

Ətraflı məlumat üçün LİNK

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan