Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu başladı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2012/2013-cü tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları açıqlanıb.

Telebe.az-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2012-ci il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Namizədlər  Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.

Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı qaydalarla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və “Abituriyent” jurnalında verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.

Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– tərcümeyi-hal;

– şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;

– tam orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;

– orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;

– yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;

– hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti;

– 2 ədəd 9×12 sm ölçüdə, 4 ədəd isə 4×6 sm ölçüdə fotoşəkil (başıaçıq, rəngli).

Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi; əlaqə telefonları:             (012) 512-41-61      ,             (012) 512-41-20      ) qəbul ediləcək.

Telebe.az

73 Comments

  1. orxan says:

    salam menim adim orxan yaşim 16 boyum178 men bu akademiya qebul ola bilerem?

  2. Ismayil says:

    Здравствуйте,
    Я Мамедов Исмаил Вугар Оглы 18.12.1997
    Я хотел бы подать документы на FHN…
    Учился в Москве, отучился 9 классов!!!!

  3. eli says:

    mende FHNolmaq isteyirem

  4. Araz says:

    157sm boyum var mene bura gire bilermmi?

  5. elmeddın says:

    Salam Menim 19 yasim var men ora nece daxil Ola bilerem elaqe telefon 0508547971

  6. resad says:

    0514181121

  7. Elmir says:

    36 yasim var issizem fovqalada hallarda islemek isdeyirem. Xais edirem cavab yazin

  8. Kiki Aliyeva says:

    2014-CÜ İL ÜÇÜN SƏNƏD QƏBULU NƏ VAXT BAŞLAYIR

  9. elvin says:

    men burda yazilmis senedleri basa dusmedim mene komek edersiz 051 454 25 39

  10. elnur says:

    fhn akademiyasina qebul olmaq ucun 400-den yuxari bal yiqmalisiniz

  11. Zamin says:

    Salam men FHN_e qebul olmaq isteyirem bunun ucun mene komeklik ede bilersiz?elaqe nomrem 055 603 76 95 zehmet olmasa eger maraqlansaz elaqe saxlayasiz

  12. Zamin says:

    Salam Adim Zamin Yas 22 H/x olmuwam FHN_e qebul olmaq isteyirem bunun ucun mene komeklik ede bilersiz ?elaqe nomrem 055 603 76 95 zehmet olmasa maraqlansaz elaqe saxlayasiz

  13. aziz says:

    elaqe nomrem budu 055 528 95 65 eger vezifeli wexslerden xaiw edirem mene komek etsin

  14. aziz says:

    men FHN iwe duzelmey isdeyirem barec kimi ama nece dim bilmirem orta tehsilliyem suruculuy vesiqem var ama iwim yoxdu herbi xidmetide bitirmiwem kime muraciet edim kasib aileyem ve iwe cox ehdiyacim var

  15. ELDENIZ says:

    SALAM MEN 9 DA OXUYURAM 9 QURTARIB MEKTEBDEN CIXIB AKEDEMYAYA QEBUL OLA BILEREMI VE QEBUL NE ZAMANDI

  16. vuqar says:

    fhn

  17. MaGa says:

    1 ci qrupDa MTN var ?

  18. eldar nuriyev says:

    salam men FHN xususi desde xidmetinde istemek isteyrem.hansi senedler lazimdir? 24 yasim var tehsilim orta idmanla mesqul olmusam hal hazirda Heyder Eliyev Beynelxalq hava yollarinda TEHLUKESIZLIK IDARESINDE TEHLUKESIZLIK UZRE AGENT vezifesinde isleyrem

  19. ali says:

    Bilmirsiz ballar salinmayacag?

  20. resad says:

    kecid bali necedir? xahis edirem cavab yazin.

  21. Terlan says:

    Salam men FHN hazirlawiram hansi senedleri yiqmaq lazimdi 17 yawim var

  22. oqtay says:

    SALAM,UWAQLAR BURDA SUALA CAVAB AXTARINCA FHN.GOV.AZ SAYTINA GIRIN ORDA HER WEY YAZILIB

  23. ramil says:

    salam.ixtisasim hekim stomatolog.FNH in poliklinikasinda iwlemek isteyirem.herbi xidmetde olmuwam.iwimi yaxwi bacariram

  24. Adim TERLAN QASIMOVdu men istiyirem FHN-ne sened verim . Ora ne sene di lazimdi… ( xahis edirem cavab yazasiniz).

  25. Ali Aliyev says:

    Adim Ali Aliyevdir bu il sentyabr ayinda 17 yawim tamam olur ve bu il orta tehsilim bitir FHN akademyasina qebul olmaq isdeyirem soruwmaq isdiyirdim ki 2 qrup ixtisasi uzre FHN akademyasina qebul olmaq olur ? birde qabilyet imtahani nelerden ibaretdir onu orgenmek isdiyirem …
    xaiw edirem cvb yazasiniz ..

  26. FOVQALADE HALLAR NAZIRLIYININ AKADEMIYASINA QEBUL OLMAQ UCUN HANSI QABILIYYET IMTAHANLARINDAN KECMELIYEM VE ORAYA QEBUL OLMAQ UCUN MENE NE QEDER BAL LAZIMDIR

  27. orxan says:

    salam imtahan nevaxtdi? 2013 ili ucun? yeni builcun

  28. Efsun says:

    Salam,menim oglumun bu ilin avqust ayinda 17 yawi tamam olur,o FHN akademiyasina senedlerin vere biler?

  29. salam men Dadasov Revan 1988ci lde anadan olmusam ve ali tehsilliyem ve AZERBAYCAN RESPUBLIKASININ FOVQELADE HALLAR NAZIRLIYININ MULKI MUDAFIE QOSUNLARINDA QULLUQ ELEMISEM HAL HAZIRDADA ISLEMIREM XAIS EDIREM BIR CAVAB YAZIN KIME MURACIET ETMEYIMIZ HAQDA

  30. Alim says:

    FHN-ya qebul olmaq ucun hansi senedler lazimdi?

  31. ferid says:

    salam fiziki qabiliyyet imtahaninda neler olur? mandatda neler olur? fhn akademiyasina qebul olmaq ucun hansi senedler lazimdir ve ne qeder bal lazimdi? cox xahis deqiq bilenler cavab yazsin daa…

  32. BATYA says:

    salam men FHN akademiyasina sened vermek isteyirem 22 yasim var herbi xitmeti 2 il di ki qurtarmisam fiziki narvativleri kecmeye ozume guvenirem amma FHN akademiyasina qebul balini bilmirem bu barede mene melumat vere bilersiz hormetli ADMIN >>????

  33. ramil says:

    salam men bu il fhn-e sened vermek isteyirem qabiliyyet ucun normativler necedi?xahis edirem cavab verin

  34. Sulduz says:

    Salam,menim xalam oglunun avqustda 17 yawi tamam olacaq,o bu il FHN akademiyasinin qebul imtahanina sened vere bilermi??

  35. xalid imtahandan mutleq kecmelisen

  36. kazim says:

    SALAM menim 15 yasim var 11 de oxuyuram ve may ayinin 11 de 16 yasim tamam olacaq.Akademiyaya sened vere bileremmi?Xais edirem sualima cavab yazin.Tesekkurler…

  37. Xanim says:

    Salam, menim qardasimin 17 yasi var, o bu il 11-ci sinifi bitirir ve rus bolmesinde oxuyur. O fovqalede hallar akademiyasina qebul olmaq isteyir. Biz oyrenmek isteyirik ki, qebul bu il ne zaman baslayir ve imtahan herkesle birlikde olur yoxsa basqa. Cabavabinizi gozleyirik.

  38. Xalid says:

    Salam men yanvar ayinda herbi xidmeti basa vurmusam kicik cavus olmusam Fovqelade Hallar Nazirliyinin akademiyasina qebul olmaq isteyirem xahis edirem mene meslehetinizi veresiniz.

  39. salam menim iyunda 18 yasim tamam olur mektebide kecen il bitirmisem bilmek isteyirem bura sened vere bilerem yoxsa yox?

  40. isgender says:

    men bilmek isteyirem ki,Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”ucun en azi nece bal lazimdi?

  41. Alişan says:

    8den cox turnikdi ..2ci 100 metri 5nefernen qacirsan …1 km ri 10 nefernen qacirsan ugurlar ) men 1 ci kursda oxuyuram ))

  42. Qabiliyyet imtahaninda hansi normativler goturulur??Xahiw edirem cavablandirasiz.

  43. Tural says:

    salam men univeristetde 2ci kursda oxuyuram.19 yasim var. bilmek isteyirem men burani bitirenden sonra FHN akademiyasina sened vere bilerem??

  44. Men 9-cu sinfde oxuyuram 1998-ci ilde anadan olmusam FHN akademiyasina is vermek isteyiremyasim catir

  45. Men 9-cu sinfde oxuyuram FHN-a is vermek isteyirem vere bilerem?

  46. Gunel Xanim bildiyim qederiyle xanimlar bu akademiyaya sened vere bilmir.

  47. Salam hervaxtiniz xeyir men 2ci kurs TARİX telebesiyem..FHN AKADEMİYASİNDA is isteyirem..pul meni maraqlandirmir..cox cuzi marsla isleye bilerem.kompyuterden basim cixir..her nov senedi yaza bilerem..nezere alin..cox isinize yariyaram.

  48. SALAM MEN 9 DA OXUYRAM BU IL BURA IMTAHAN NECE VERE BILEREM WEHADETNAMENI ALANNAN SORA???XAIW EDIREM SUALMA CVB YAZIN!

  49. Günel says:

    Salam men bilmek istəyirəmki 27 yaşinda men HFN akademiyasına qiyabi sened vere bilerem

  50. nicat says:

    salam men bu il 9cu sinifde oxuyacam ancaq menim 15 yasim var men akademiyaya imtahan vere bilerem?

  51. F.h.n akademiyasinin yangin tehlukezliyi muhendisliyi fakultesinin kecid bali ne qederdi? Birde qebul olduqdan sonra orda qalmaq mecburidi?

  52. 2012-ci ilin qəbulu üçün keçid ballarını yaza bilərmisiniz?

  53. Hikmet says:

    menim 20 yawim var esgerlikden teze gelmisem orta mektebi 9 il oxumusam bilmek isteyirem 9 cu sinifin sehadetnamesiyle fhn sened vere bilerem?

  54. aynur arzumanli says:

    cox xashis edirem cavablayasiz qabiliyyet imtahaninda neler vacibdir isteyirem oglumun senedlerini verim. qabiliyyet imtahani barede melimut isteyirem

  55. Elshen says:

    FHN-e qebul ucun hansi senedler ve fiziki hazirliqdan olan normativler hansilardir?

  56. Xamis says:

    Qabiliyyet imtahani ne vaxta gederdi?

  57. Ruslan says:

    salam deqiq bilirsiz Aprelin 28di imtahan?

  58. emin says:

    salam aprelin 24 senedleri, veren qabiliyyeti ne vaxt verir?

  59. ferid says:

    bratlar qabiliyyet imtahaninin vaxti aciqlandi….28 aprel..genclikdeki idman insitutu

  60. Pasa says:

    salam men Fovqalade Hallar Nazirliyine vakansiya axtariram hardan maraqlana bilerem xahis edirem cavab yazasiniz.Ali tehsilliyem,herbi xidmetde olmusam.

  61. ferid says:

    kenan qaqaw yeqin 250-350 arasi olacaq..sened verenlerin sayi coxdu mence

  62. serif says:

    salam men 9 cu sinifde oxuyram men ora qebul imtani ver bilerem xaso edirem sualimi cavablandirasiz

  63. Kenan Yusifov says:

    kecid bali ne qederdi?

  64. Fariz says:

    hamiya ugurlar mende icinde olmaqla

  65. Burada nece bal keciddir?

  66. Salam!Menim 24 yasim var!Isterdim men de FHN-nin sened qebulunda istirak edim!nece edim?

  67. Orxan says:

    kecid ballarini yazin

  68. Orxan says:

    menim 16 yasim sentiyabirin 1 de tamam olur 9da oxuyuram men ora imtahan vere bilerem?cvb yazin

  69. serxan says:

    hamiya muvefeqiyyetler!!!!

  70. elvin says:

    bilmek iseyirem bu akademiyanin qebele oxumaq ucun filyali var?qebul olub qebele filialinda nece oxuya bilem.senedleri ancaq bakiya vermek lazimdir yoxsa filiala vermek olar? xhais edirem butun suallara cavab veresiniz?

  71. Admin says:

    Beli toplamalisiniz

  72. kamal says:

    salam hamiya ugurlar olsun

  73. эмин says:

    kecen il men kesildim bal azdiginda akademiyaya qebul olabilmedim….bilmek isterdim men yeniden hemin lazim olan senedleri toplamaliyam yoxsa buna ehtiyac yoxdu?

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group