“FƏRDİ İNKİŞAF AKADEMİYASI-2”

AR Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı və “Edumap” təhsil portalının informasiya dəstəyi ilə keçirilən layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edir.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədi ilə onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır.

Layihənin faydalananlar çevrəsini genişləndirmək məqsədi ilə bu il “Fərdi İnkişaf Akademiyası – 2” (FİA 2) layihəsinin birinci mərhələsində Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövləq Pedaqoji Universiteti və Azərbaycan Universitetində geniş auditoriyalarda “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” mövzusunda seminarlar keçirilib. Ümumilikdə 350-dən çox gənc peşəkar təlimçilər tərəfindən keçirilən seminarlardan yararlanıb. Növbəti mərhələdə isə Masallı rayonunda gənclərin iştirakı ilə “FİA-2″ adlı düşərgə keçiriləcək.

Məlumat üçün bildirək ki, “Fərdi İnkişaf Akademiyası-1” layihəsi 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində həyata keçirilib. Layihədən ümumilikdə 100 nəfər gənc düşərgədə iştirak edərək yararlanıb.

“FİA-2” düşərgəsinə seçim 2 mərhələdə həyata keçiriləcək. 1-ci mərhələ üçün son müraciət tarixi 27 iyun tarixidir. Müraciət formaları təşkilat komitəsi tərəfindən yoxlanacaq və uyğun ərizə sahibləri ikinci mərhələyə-müsahibəyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçən 40 nəfər gənc düşərgədə iştirak haqqı qazanacaq.

Düşərgənin keçirilmə müddəti 13-16 İyul tarixidir.
Düşərgə Azərbaycanın səfalı bölgələrindən olan Masallı rayonunda baş tutacaq.
Düşərgə iştirakçıları düşərgə müddətində :
– Komanda işi və liderlik;
– Strateji planlama;
– Məqsədin təyin olunması;
– Fərdi İnkişafa gedən yol və s. mövzularda təlim sessiyalarında iştirak edəcək. Komanda oyunları, intellektual oyunlar vasitəsi ilə yeni bilik və bacarıqlara yiyələnəcəklər.

Həmçinin:
– Düşərgədə təlim sessiyasını uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaq.
– Qeydiyyatdan uğurla keçmiş hər bir gənc layihənin tərəfdaşı olan “Qrinviç” Təhsil Mərkəzi tərəfində 10% güzəştli təhsil almaq imkanı əldə edəcək.
– Düşərgəyə seçilmiş və iştirakçısı olmuş gənclər isə “Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən ödənişsiz check-up müayinə imkanı əldə edəcək.

Ümumi qaydalar :
1. Düşərgədə ümumilikdə 18-26 yaş arası Azərbaycan Respublikasının vətəndaşı olan gənclər iştirak edə bilər.
2. Düşərgə İştirakçılarının yaşam və qida xərcləri, təlim-seminar sessiyaları və s. fəaliyyətlər “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən təşkil olunur.
3. Layihəyə seçilmiş gənclər 20 AZN nəqliyyat xərcləri məqsədi ilə iştirakçı haqqı ödəməlidir.
4. Qeydiyyatdan uğurla keçmiş gənclərlə 1 həftə müddətində e-mail vasitəsi ilə əlaqə saxlanılacaq və müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində iştirak etmək üçün dəvət məktubu və müsahibədən sonrakı nəticələr də (vaxt və məkan) e-mail ünvanınıza göndəriləcək. Bu səbəbdən e-mail ünvanınızı aktiv istifadə etməniz tövsiyyə olunur.
4. Düşərgədə iştirak edən gənclər, düşərgənin ümumi qayda-qanunlarına riayyət etməli və düşərgə müddətində icra olunan bütün fəaliyyətlərdə yaxından iştirak etməlidir.
5. Düşərgədə iştirak edən gənclərin mütəmadi xəstəlik problemi olmamalıdır.

Qeydiyyat üçün son tarix : 28 iyun saat 18:00

Qeydiyyat linki :

https://docs.google.com/forms/d/e/1FAIpQLSdPY1pACBht4sC8amyLk6gwtUFasgrSFup0rhJVd2XxKQRaCA/viewform?c=0&w=1

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group