Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bir çox universitetlərlə maraqlanırdım, lakin sonda seçimimi Macarıstan üzərində saxladım

2– Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?
Ilk öncə onu qeyd edim ki, Macarıstanda təhsil almaq istəyim bu ölkənin paytaxtı Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində təhsil almaq istəyimdən irəli gəlirdi. Bu universitetdən başqa eyni zamanda İspaniya və İsveçin bir sıra universitetləri ilə də maraqlanırdım. Lakin sonda seçimimi Macarıstan üzərində saxladım. Çünki Mərkəzi Avropa Universitetinin təhsil sistemi və tələbəələr üçün yaratdığı şərait maraqlandığım digər universitetlərdən daha üstün idi və məni daha çox cəlb edirdi.
Universitetdən savayı Macarıstan mədəniyyəti, onun tarixi və incəsənəti də mənim maraq dairəmdə idi. Bu mənada mən macarların heykəltaraşlıq sənəti və gənclərin sürdüyü həyat mənim diqqətimi cəlb etdi. Qeyd etmək lazımdır ki, Budapeştdə həm ənənəvi macar mədəniyyəti, həm də tələbələrlə və gənclərlə dolu həyat diqqətçəkən məqamlardandır.
-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?
Əvvəla qeyd edim ki, Budapeşt, Mərkəzi Avropa regionunda ən cəlbedici şəhərlərdən biridir. Burada müxtəlif ölkələrin nümayəndələrini görmək olar: tələbələr, iş adamları, turistlər. Bu, Budapeştə özünəməxsus bir sima verir. Şəhər özündə qədimliyini, tarixi keçmişini saxlaya bilib. Burada gəzərkən, binalara, heykəllərə, tarixi abidələrə baxarkən bir növ nəinki şəhərin, hətta ölkənin tarixi ilə də tanış olmaq olur. Bununla da macarlar öz tarixlərinə sadiqliklərini göstərmiş olurlar. Bu, diqqətimi cəlb edən ən birinci məqam idi.
– İqtisadiyyat üzrə magistr təhsili üçün Mərkəzi Avropa Universitetini seçməyinizin əsas səbəbləri nə idi?
Bu universitetdə magistr pilləsindən öncə mən, Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsini fərqlənmə ilə bitirmişdim. Bakalavr pilləsini bitirdikdən sonra mən, təhsilimi Avropada davam edəcəyimə qərar verdim. Bu səbəbdən Avropanın müxtəlif universitetlərinin təhsil proqramlarını nəzərdən keçirdim. Bundan sonra əmin oldum ki, Mərkəzi Avropa Universitetində mənim maraqlarımı qarşılayan və biliklərimi dərinləşdirəcək iqtisadi fənnlər var. Həmçinin, yekun qərarıma, həmin universitetdə o zaman təhsil alan tələbələrin fikirləri, tövsiyələri və məsləhətləri müsbət mənada təsir etdi.
3– Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?
İlk öncə təhsil metodu gözəçarpan idi. Macarıstan universitetlərində tələbələr dərsin gedişatında aktiv iştirak edir, dərslər bir növ interaktiv keçirilir. Müəllimlər mühazirələrdən əvvəl artıq tələbələrə mühazirənin mövzusunu elan edir, müəyyən dərs materialları ilə bölüşür ki, tələbələr hətta muhazirəyə hazırlıqlı gəlsinlər. Bununla da müəllimlər tələbələrə dərsin mövzusunu sərbəst şəkildə mənimsəməsinə imkan yaradırlar.
Həmçinin, tələbələr və müəllimlər arasında mövcud olan isti münasibət, səmimiyyət və dostluq diqqətimi cəlb etdi. Bu halda tələbələr özlərini daha rahat hiss edirlər, heç bir təzyiqlə üzləmirşlər və təhsil aldıqları universitetdə özülərini müaəllim heyyəti ilə bir səviyyədə hiss edirlər. Bu da öz növbəsində tələbələrə özünəinam verir və daha da istəkli olmasına gətirir.
Təhsil aldığım fakultənin maraqlı tərəfi ondan ibarət idi ki, burada qiymətlər müqayisə əsasında verilirdi. Bu isə öz növbəsində tələbələr arasında açıq rqabətə gətirirdi. Rəqabət olan yerdə isə şübhəsiz ki, inkişaf olur. Bu metodun üstün tərəfləri ilə bərabər, mənfi tərəflərini də qeyd etmək lazımdır. Müsbət tərəfi o idi ki, tələbələr öz üzərində çox çalışırdılar və başqaları ilə müqayisədə daha öndə olmaq istəyirdilər. Mənfi tərəfi isə o idi ki, bəzən tələbələr arasında qeyri-sağlam rəqabət də yarana bilərdi.
MAU, həmçinin, öz tələbə kampusu ilə də fərqlənirdi. Belə ki, universitetin kampusuna yataqxana, idman meydançaları və zalları, tələbə yeməkxanası, pab, böyük terrasa, sauna, hovuz, kompyuter və oxu zalları daxil idi. Bu şərait tələbələrin həyatını asanlaşdırır və daha maraqlı edir. Yataqxananın özünəməxsus sosial həyatı var idi. Müxtəlif əyləncəli tədbirlər, idman günləri, festivallar təşkil edilirdi. Bu da öz növbəsində tələbə həyatına rəng qatırdı.
– Budapeştdəki tələbəlik illərinizdə asudə vaxtı məşğuliyyətiniz nədən ibarət olub? O cümlədən, Budapeştə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?
Əslində, tələbəlik illərimdə asudə vaxtım o qədər də çox deyildi. Çünki dərslər və onlara hazırlıq böyük vaxtımı alırdı. Asudə vaxtım olan zaman Budapeştin əsrarəngiz tarixi abidələrini ziyarət edirdim, muzeylərində olurdum, Budapşetin özünəməxsus kafelərində dostlarımla görüşürdüm.
Tətil zamanı Avropa ölkələrinə səyahət edirdim. Avropada azbüdcəli hava yolları şirkətlərinin mövcud olması, tələbələrin səyahət imkanlarını asanlaşdırır.
– Siz təhsil aldığınız zaman ali məktəbin təqaüdündən əlavə Vışeqrad Fondunun təqaüdünü də qazanmısınız. Buna necə nail oldunuz?
Vışeqrad Fondunun təqaüdü ildə bir dəfə bir qrup tələbələrə verilir. Bu təqaüdə sahib olmaq üçün öncədən elan olunan qısa zaman kəsiyində təhsil planı, təhsil ilinin sonunda müdafiə ediləcək diplom işinin mövzusunun adı və işin qısa təsviri, sonuncu təhsil ilinin qiymətləri, göstəriciləri və digər tələb olunan sənıdlər Fonda təqdim olunur. Mən, bütün bu prosedurları lazımi qaydada və vaxtında etdim və müəyyən vaxtdan sonra Vışeqrad Fondundan müsbət cavab aldım.
-Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?
Universitet və ölkə seçəndə bir neçə xüsusiyyətlərə fikir vermək lazımdır. İlk öncə universitetin verdiyi təhsil önəmlidir. Bunun üçün bir neçə universiteti prioritet hesab edib onlar haqqında araşdırma etmək, onların müsbət və mənfi cəhətlərini müqayisə etmək lazımdır. Bura universitetin illik təhsil haqqı da daxildir və ən önəmli məqamlardan biridir. Mən təhsil aldığım zaman universitetlə bağlı bütün sənəd işlərini özüm görmək, universitetlə daima əlaqədə olmaq, onların tələblərini yerinə yetirmək məcburiyyətində idim. Son illər Bakıda fəaliyyət göstərən “Macartıstanda təhsil” xidməti (
www.study-hungary.com) bütün bu işləri asanlaşdırıb və Macarıstanda təhsil almaq istəyən gənclərə bu yöndə çox köməklik edir, onları maraqlandıran məqamlara aydınlıq gətirir, bir çox prosedual işlərdə yardımçı olur və Macarıstandakı tələbələrimizin sayının artmasında müstəsnə xidmətləri var. Belə bir proqramın Azərbaycanda mövcu olması, təbii ki, tələbələrin ürəyincədir və onlar bu proqramdan yararlandıb təhsillərini Macarıstanda davam etdirə bilərlər.
1 Hazırda Schneider-Electric şirkətinin Budapeştdəki ofisində çalışırsınız. Mərkəzi Avropa Universitetində təhsil aldığınız hansı biliklər və bacarıqlar Sizin belə nüfuzlu şirkətdən iş təklifi almağınızda əsas rol oynadı?
MAU-da təhsil alarkən mənə artıq IBM şirkətindən orada təcrübə keçmək barədə təklif gəlmişdi. Macarıstanda universitetlər daima bu növ şirkətlərin diqqətindir və il ərzində müxtəlif vaxtlarda onların diqqətini cəlb edən tələbələri təcrübə proqramlarına dəvət edirlər və daha sonra tamştatlı iş təklif edirlər. Mənim də iş təcrübəm Budapeştdə məhz belə oldu. Bir müddət təcrübə keçdikdən sonra şirkət mənı tamştatlı iş təklif etdi. IBM-də mən iki il çalışdım. İşim, əsasən, vergi qanunvericiliyi ilə bağlı idi. İki il işlədikdən sonra daha çox prespektiv vəd edən işlər axtarmağa başladım və təklif olunan iş mövqelərini dəyərləndirməyə qərar verdim. Çünki IMB-dəki işim zamanı mən daha çox qanunvericiliklə məşğul idim və öz potensialımı tam aça bilmirdim, məntiqimi düşünmə qabiliyyətimi, işdəki kreativlik bacarğımı istifadə etmirdim. Məhz bu səbəbdən Schneider-Electric şirkətinin iş təklifini qəbul etdim və hal-hazırda iş karyeramı orada davam etdirirəm. Bu şirkətdə baş maliyyə analitiki vəzifəsində çalışıram və işimdən məmnunam. İş dəvətində önəmli rollardan biri həm IBM-dəki iş təcrübəm, həmçinin MAU-da təhsilim şirkət rəhbərliyinin diqqətini çəkdi. Onu da qeyd edim ki, bu şirkətdə işə dəvət olunmağımda Bakı Dövlət Universitetində aldığım təhsil də rol oynadı. Belə ki, individual intevryu zamanı məndən BDU`da təhsil aldığım kibernetika haqqında suallar verildi. BDU-da kibernetika haqqında aldığım bilik sayəsində mən bu intevtyularda uğur qazandım.
– Şirkətdəki işiniz və vəzifəniz barədə oxucularımıza ümumi məlumat verə bilərsinizmi?
“Schneider Electric” enerji idarəetməsi üzrə 100-dən çox ölkədə fəaliyyət göstərir. Şirkət, çoxsaylı bazar seqmentləri üçün kompleks texnologiyaları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə dünyada liderlik edən şirkətlərdən biridir. Ən əsası “Schneider Electric”, diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəldir.
İşimin əsasını şirkət daxilində fəaliyyət göstərən hər bir müəssələrin (zavod, fabrika, ticarət mərkəzi, distribütor mərkəzi) maliyyə göstəricilərini, effektliyini və icra qabiliyyətini ölçmək təşkil edir. Bu mənada, iş mövqeyim, böyük həcmdə maliyyə məlumatları ilə dərin işi nəzərdə tutur. İşimin maraqlı tərəflərindən biri, müxtəlif ölkələrdə mənim mövqeyimdə çalışan kolleqalarımla iş münasibətlərinin qurulmasıdır, çünki buna əsasən mən, bu ölkələrdə istehsalçılıq konsolidasiyasını təmin etməliyəm. Nəticədə, dünyanın müxtəlif regionlarında çalışan həmkarlarımla ünsiyyətdə oluram və biznes görüşlərində də iştirak edirəm.
Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Mən də Sizə müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button