Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Evdə təhsil alanlara şad xəbər

Onlayn kitab satışıAzərbaycanda evdə təhsil alanların təhsili, sağlamlıq məsələləri dövlət tərəfindən maliyyələşdiriləcək.

Apa.az bildirir ki,Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və yaxud qanuni nümayəndələrinə dövlət tərəfindən vəsait ayrılacaq.

Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçən iclasda bildirilib ki, qanuna əlavə edilən 26.3-1.-ci maddədə deyilir ki, “Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılır”.

Qanundakı 26.3.-cü maddə isə bundan ibarətdir: “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub .

aktual.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button