Estoniyada pulsuz təhsil imkanı

TələbəAzərbaycan Respublikası və Estoniyanın Təhsil Nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya Hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfindən ödənilir.

Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel 2013-cü il tarixindən gec olmayaraq Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova (tel: 496 34 14) müraciət etməlidirlər.

Təqaüd proqramı barədə əlavə məlumat üçün aşağıdakı internet ünvanına müraciət edə bilərsiniz:

http://www.studyinestonia.ee/study/scholarships/bilateral-agreements/azerbaijan

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button