Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Estoniyada gənc diplomatlar üçün təlim

estoniya teqaud2013-2014 tədris  ilində Şərq Tərəfdaşlığı proqramının Estoniya mərkəzi, Estoniya Diplomatiya Məktəbi, Estoniyanın Xarici İşlər Nazirliyi və İsveç Dövlət Agentliyi gənc Azərbaycan diplomatları və dövlət qulluqçuları üçün Tallində Estoniya Diplomatiya Məktəbində Beynəlxalq əlaqələr və Avropaya inteqrasiya mövzusunda treninqdə iştirak etmək imkanı yaradır.

Treninq 2013-cü ilin sentyabrın 17-dən 2014-cü il mayın 31-dək davam edəcək. Kursu müvəffəqiyyətlə bitirən tələbələrə Estoniya Diplomatiya Məktəbinin diplomu təqdim olunacaq.

Treninqə üç mövzu daxildir:

–         Beynəlxalq əlaqələr

–         Avropa tədqiqatları

–         Diplomatiya

Təlim İngilis dilindədir.

Təlimdə Estoniya, Finlandiya, İsveç, Belçika, ABŞ və Rusiyadan olan müəllimlər iştirak edəcəklər.

Müraciətlər 2013-cü il mayın 31-dək qəbul olunur.

Treninqə qəbul qaydaları haqda ətraflı məlumatı bu linkə  daxil olaraq öyrənə bilərsiniz.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button