ELSA Azərbaycan – Təqdimat

Hörmətli tələbələr!
ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) 7 oktyabr tarixində 2017/2018-ci illər akademik ili üçün təşkilatın təqdimat gününü keçirəcək. Təqdimat zamanı sizə təşkilatın işi və strukturu, eləcə də bu il üçün nəzərdə tutulan yeni layihələr haqqında ətraflı məlumat veriləcək. Bəs siz tədbirdə iştirak etməklə nələri öyrənəcəksiniz:
– ELSA nədir və necə fəaliyyət göstərir;
– ELSA vasitəsilə BMT, Avropa Şurası, Dünya Demokratiya Forumu və digər beynəlxalq qurumların sessiyalarında necə iştirak etmək olar;
– ELSA Azərbaycanın builki əsas layihələri hansılardır:
• Avropa İnsan Hüquqları Məhkəmə Simulyasiyası;
• Milli qanunvericiliyə əsaslanan Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi;
• ELSA Arbitraj (WTO) Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi;
• ELSA Hüquqi Debat Turniri;
• ELSA Hüquq Jurnalı;
• Beynəlxalq Hüquqi Araşdırmalar Qrupu;
• II Qış Hüquq Məktəbi;
• IV Beynəlxalq Yay Hüquq Məktəbi;
• Təhsil Səfərləri;
• Hüquqi İngilis dili kursu;
• Milli təcrübə proqramları;
• Xarici ölkələrə Tələbə Mübadilə Proqramı.

Bu və digər layihələr haqqında ətraflı məlumatlanmaq və sonda sizi maraqlandıran suallara cavab almaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.

Məkan: BDU, I korpus, 900-cü auditoriya
Vaxt: 7 oktyabr 2017-cı il, 11:00

Görüşdə iştirak etmək istəyirsinizsə, xahiş edirik aşağdakı link vasitəsilə qeydiyyatdan keçəsiniz:
https://goo.gl/forms/lzG8udji2z1AJLXn2

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group