Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Elektron Hökumət üzrə gənclər üçün təlim

Hörmətli gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Sizləri 4 iyul 2017-ci il saat 15:00-da keçiriləcək “Gənclər və Elektron Hökumət” adlı təlimə dəvət edirik. Təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilir.

Təlim zamanı Elektron Hökumət portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti və bu barədə işəgötürənə məlumatın verilməsi xidmətinin izahı barədə ətraflı məlumatlar veriləcəkdir.

Təlimlərin məqsədi “Elektron Hökumət” həllərinin istifadəsi barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaqdır.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://www.nayora.az/announcements2,175/lang,az/

Qeydiyyatın son günü: 30.06.2017 saat 18:00

Mərkəzin ünvanı: Bakı şəhəri, Şərifzadə 241, Yasamal Telefon Qovşağının yanı (İnşaatçılar metrosu)

Əlaqə: (012) 5050113 ; (077) 5050113

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button