Dünyanın ən yaxşı universitetləri

2003-cü ildən bəri  Şanxay Ciao Tong Universitetinin mərkəzi dünya universitetləri arasında araşdırma aparır. Araşdırma nəticəsində  ilk 10 universitet arasına 8, ilk 100-lüyə isə 54  universitet daxil edən ABŞ  ölkələr sırasında birinciliyi əldə etmişdir.
İlk yeri tutan Harvard Universitetindən başqa ilk 10-luğa ABŞ universitetlərindən Berkeley, Stanford, Massachusetts Texniki Universiteti, Kaliforniya Texniki Universiteti, Princeton, Kolumbiya, Çikaqo universitetləri də daxil olmuşdur. ABŞ-ın prestijli universitetlərindən Yale universiteti siyahıda 11-ci yeri tutmuşdur.
İngiltərənin Kembric və Oxford universitetləri ilk 10-luğa girə bilmişlər. Yalnız, keçən il 40 universitetlə təmsil olunan İngiltərə, bu il 38 universiteti ilk 100-lüyə daxil edə bilib.

Şanxay Ciao Tong Universitetinin açıqlamasına görə 2004-cü ildə 16 universitetlə təmsil olunan Çin, 2010-cu il üçün bu sayını 34-ə çıxardıb. Bu nəticə ilə o Asiyada təhsil sahəsində ən sürətlə inkişaf etmiş ölkə olduğunu göstərib.
Çinin ilk 200 universiteti siyahısına Pekin, Çinqua və Çin Honq Konq Universiteti daxil olarkən, Tayvandakı Beynəlxalq Tayvan Universiteti də siyahıya daxil ola bilmişdir.
Araşdırma zamanı göz önünə alına kriteyalar bunlardır: Nobel mükafatı qazanan məzun sayı, akademiklərin sayı, universitet tərəfindən aparılan dünyaca məşhur araşdırmaların sayı, müxtəlif səpgili məqalələr və çap məhsullarının sayı, universitet böyüklüyü ilə tələbələrin sayının nisbəti və s. Araşdırma zamanı elmi istiqamət daha çox nəzərə alınmışdır.
Asiyadakı ən yüksək yerləri tutan universitetlər 20-ci sırada olan Tokio Universiteti və 24-cü sırada olan Kyoto Universitetidir. Yaponiyanın ölkələr üzrə sıralamada yeri keçən illərə nisbətən bir qədər aşağı enmişdir. Beləki, keçən il siyahıya 31 universitet daxil edən Yaponiya, bu il sadəcə 25 universitet ilə məhdudlaşmışdır.
Beynəlxaq Avstraliya Universiteti 59-cu sırada yer almışdır. Yalnız, keçən il 75-ci sırada olan Melburn Universiteti, bu il Elizabet Blackburn adlı məzununun 2009-cu ildə Fiziologiya və Tibb istiqamətində Nobel mükafatı alması ilə 62-ci sıraya yüksəlmişdir.
Yaxın Şərq ölkələri 2010-cu ildə irəliyiş göstərmişdir. Belə ki, Səudiyyə Ərəbistandan 2 universitet ilk 500 universitet siyahısına daxil olmuşdur./hamar.az

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group