“Forbes” nəşrinin hazırladığı reytinqə əsasən, şirkət 154,1 milyard dollar dəyərində qiymətləndirilib. Şirkətin gəlirlərinin aşağı düşməsinə baxmayaraq “Apple” yüksək texnologiya sənayesində liderliyini saxlaya bilib.

82,5 milyard dollar məbləğində qiymətləndirilən “Google” şirkəti siyahının ikinci pilləsindədir. “Microsoft” şirkəti üçüncü (75, 2 milyard dollar), “Coca-Cola” dördüncü (58,5 milyard dollar), “Facebook” isə beşinci yerdə (52,6 milyard dollar) qərarlaşıb. İlk onluğa həmçinin Toyota, IBM, Disney, McDonald’s və General Electric şirkətləri daxil olub.

Tam siyahı ilə  Forbes jurnalının saytındatanış ola bilərsiniz./buro247.az