Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanların nəzərinə!

Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşan namizədlərə metodik köməklik məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” metodik vəsaitinin və “500 test tapşırığı” adlı test toplusunun  təkrar nəşrləri həyata keçirilmişdir

Metodik vəsait dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulmuşdur. Vəsait dörd hissədən ibarətdir. Birinci hissəyə müsabiqə üzrə test imtahanı mərhələsinə, ikinci hissəyə isə müsahibə mərhələsinə hazırlaşanlar üçün tövsiyələr və zəruri elmi-metodik materiallar daxil edilmişdir. Vəsaitin üçüncü hissəsində namizədlərin test imtahanına öz hazırlıq səviyyəsini müəyyənləşdirməsi üçün imtahanda yoxlanılan bilik sahələrinə aid test tapşırığı nümunələri və onların düzgün cavabları, dördüncü hissədə isə digər zəruri materiallar verilmişdir.

Test toplusu dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Topluya test tapşırığı nümunələri, onların düzgün cavabları və digər zəruri materiallar daxil edilmişdir. Topluya daxil edilən test tapşırığı nümunələri imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar əsasında inzibati vəzifə qrupları (AA, AB, AC, BA və BB) üzrə keçirilən test imtahanı modelinə uyğun hazırlanmışdır./dim.gov.az

Metodik vəsaiti və test toplusunu DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button