Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün saat 18:00-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə (B növü) qəbul üçün 23 fevral saat 10:30 a olan məlumata əsasən, 112 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 0.59-dur. 94 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.


Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.


Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.

Sertifikat əldə etmiş, həmçinin fevralın 18-də keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər də müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron bazada namizəd haqqında məlumat olduqda qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb olunmur. Namizədlər məlumatların bazaya daxil edilməsi üçün https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group