Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək

İmtahanlar iyulun 6-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq. İmtahanda iştirak edən şəxslər  saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

“PTE Academic” ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/pearson-vue/ linkinə daxil ola bilərsiniz./dim.gov.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button