Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Dövlət İmtahan Mərkəzi bu gün 7761 məzun üçün imtahan keçirir

Dövlət İmtahan Mərkəzi  bu gün imtahan keçirir.

Modern.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub.

Bu gün aşağıdakı imtahanlar keçirilir :

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilir.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlayır.

İmtahanda 7761 (Bakıda 2158, Naxçıvanda 403, Gəncədə 1147, Şəkidə 373, Bərdədə 919, Göyçayda 499, Şirvanda 780, Lənkəranda 840, Xaçmazda 491) nəfərin iştirakı nəzərdə tutulur.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button