Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

DİM-in vacib vəsaiti çap olundu-Abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib.

AzEdu.az  xəbər verir ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları verilib.

Həmçinin qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Qeyd edək ki,jurnalı DİM-in  binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya buradan sifariş etmək olar.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button