Qazax rayonunda keçiriləcək qəbulda, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul Oktyabr ayının 21-də, saat 14:00-da Qazax Şahmat Mərkəzində ( ünvan: Qazax ş. Bakı küçəsi 27) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon Təhsil Şöbələrində 17 oktyabr–20 oktyabr 2016-cı il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq. Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər./tqdk.gov.az

Leave a Reply

Your email address will not be published.