Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul etmişdir

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 8-də  şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Daşkəsən rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Daşkəsən rayonunun sakinləri ilə yanaşı Gəncə, Samux, Göygöl, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.

 

 

Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.

DSC_0006.JPG

Görüşdə əsasən ümumi orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi və magistratura səviyyəsinə qəbul imtahanlarının nəticələri, yayda keçiriləcək  ikinci qəbul imtahanları, imtahanlarda iştirak üçün qeydiyyata gecikmə və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

 

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button