Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

DİM-dən sərt AÇIQLAMA: “Buraxılış imtahanlarında heç kimə güzəşt olmayacaq!”

2019-cu ildə kurikulum sistemi ilə keçiriləcək qəbul imtahanlarının modeli təsdiq olunsa da, abituriyentlər üçün bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Həmin məqamlardan biri də IX sinfin yekun qiymətləndirməsində əldə olunan fərqlənmə attestatının XI sinfin buraxılış və ya qəbul imtahanlarında şagirdə hansı üstünlüklər yaradacağıyla bağlıdır.

Mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildiriblər ki, şagirdin dərs prosesi ilə bağlı hər hansı üstünlüyə sahib olması buraxılış və qəbul imtahanlarında nəzərə alınmır.

Xatırladaq ki, bir müddət əvvəl sağlamlıq imkanları məhdud şəxslərə buraxılış imtahanlarında güzəşt olunacağından bəhs edən xəbər vermişdik.

Belə ki, sağlamlıq imkanları məhdud olan buraxılış sinif şagirdləri Nazirlər Kabinetinin qərarı ilə imtahandan azad olunurdular.”2019-cu ildən qəbul qaydalarında edilən dəyişikliyə görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbulun ilkin mərhələsi hesab olunur. Belə olduğu halda, sağlamlıq imkanları məhdud şəxslər ali məktəblərə qəbul olunmaq üçün azad olduqları buraxılış imtahanında iştirak etməyə məcburdurlar.

Nəticə olaraq, DİM-in tərtib etdiyi qaydalara görə, hər abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı fərqlənmə attestatı, hər hansı digər uğur və ya bunların tamamilə əksi, şagirdin sağlamlıq imkanları nəzərə alınmır”, deyə DİM-dən bildirilib.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button