Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

DİM 2020-ci il yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcəkdir

dim.gov.az xəbər verir ki, İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatır və bundan sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əslini;
  • “Namizədin imtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

Xatırladırıq ki, imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:

1. Oxuyub-anlama bloku;

2. Dinləyib-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (esse yazısı).

Məlumat üçün bildirək ki 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçmişdir. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 35 namizəd isə xarici dil imtahanından azad olunmuşdur.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

Namizədlər imtahana buraxılış vərəqəsini çap etmək üçün aşağıdakı sayta daxil ola bilər

https://eservices.dim.gov.az/brxvdok

ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://dim.gov.az/news/4813/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button