Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Çində təhsil çox maraqlıdır

Dərs ili. Standart dərs ili sentyabrın 1-də başlayır və iyulun əvvəlində bitir. Bundan əlavə, tələbələr dekabrın sonundan və təxminən fevralın əvvəlinə qədər (çinin yeni ili) davam edən uzun qış tətilinə yollanırlar. Əcnəbilər üçün dil kursları bütün il keçirilir və müddətli bir  aydan 1 ilə qədər hesablanmışdır.

Qəbul üçün tələblər
Hər bir universitetin öz qəbul qaydaları vardır. Dövlət ali məktəbində bakalavr proqramına qəbul olmaq üçün 25 yaşdan yuxarı olmamaq və orta təhsil haqda şəhadətnamə gərəklidir.  Dil kurslarına daxil olmaq üçün elə bir vacib tələblər irəli sürülmür.

Dil bilməyin vacibliyi

Çin dilinin yüksək səviyyəsi bütün universitet proqramları üçün vacibdir. Bəzi universitetlərdə hazırlıq kursları mövcuddur. Lakin, onlar bir qayda olaraq, ali məktəb  hazırlığı vermirlər.

Təhsilə sərf olunan xərclər (vəsait)

Çində təhsilə sərf olunan bildirilmiş xərclər qeydiyyat haqqının ödənilməsini və demək olar ki, böyük məbləğ təşkil edən dərsliklərin qiymətini nəzərdə tutmur. Dərs ilinin ödənişi 2500-3000 dollardır. Dil kurslarına gəldikdə isə, aylıq tədris təxminən, 420-450 dollara başa gələcəkdir. Əlavə olaraq, dərs ləvazimatlarını almaq lazım gələcək (20dollara yaxın).

Yaşayış üçün sərf edilən vəsait

ÇXR-nın əksər ali məktəbləri sizə yataqxanada qalmaq imkanı verə bilər, əgər siz bu haqda qabaqcadan xəbər versəniz. Əks halda yataqxanada boş yer olmaya da bilər. Adi iki nəfərlik otaq günə 3 – 3.5 dollar dəyərindədir. Yüksək komfortlu (rahat) otaq isə günə 4-9 dollara başa gəlir.

Təhsil ərzində qazanmaq imkanı

Çindəki əksər əcnəbi tələblər işləyirlər. Lakin belə işlər bəzi istisnalar olmaqla, çox vaxt qısa sürür və ya “birdəfəlik” xarakter daşıyır.  Bir qayda olaraq, tələbələr tərcümədən , xarici dildən özəl dərs verməklə və ya  Çinin üçün tipik olan teleseriallarda və reklam roliklərində çəkilməklə pul qazanırlar. Belə hallarda aylıq gəlir yaxşı halda bir neçə yüz dollarlarla məhdudlaşır.

Əcnəbi tələblərin qəbulu şərtləri

Çin ali məktəbində bakalavr proqramı üzrə təhsil almaq istəyən əcnəbi tələbənin 18 yaşı və orta məktəbi bitirdiyinə dair şəhadətnaməsi olmalıdır. Dil kurslarına daxil olmaq üçün   çin dilini bilmə səviyyəsi elə də əhəmiyyət kəsb etmir. Bakalavr proqramına daxil olmaq üçün ən yaxşısı ərizəni qabaqda gələn dərs ilinin yazında (qısa müddət-iyun) təqdim etməkdir. Dil kurslarına qəbul ərizəsi sentyabrdan dekabrın sonuna qədər (yaza) və fevraldan iyunun sonuna qədər (payıza) qəbul olunur. Həmçinin, qısamüddətli yay kursları da mövcuddur.
Qəbul üçün sonrakı  sənədlərin hazırlanması

Bakalavriat, magistratura:
1.ərizə
2.qiymət (zaçot) kitabçasından çıxarış
3. diplomun surəti  (əgər varsa)
4.iki zəmanət (məsləhət) məktubu (hər hansı müəllim və işəgötürəndən)
5.tibbi arayış
6.şəxsiyyət vəsiqəsinin surəti
7.qeydiyyat haqqının verilməsinə dair ödəmə tapşırığının surəti (50 dollar)

Dil kursları

ərizə
tibbi arayış
şəxsiyyət vəsiqəsinin surəti
qeydiyyat haqqının verilməsinə dair ödəmə tapşırığının üzü (50 dollar)
Ərizənizin qəbulundan iki ay sonra universitet qəbul barədə  xəbərdarlıq məktubu və vizanı almaq üçün sorğu  göndərəcək. Qəbul edilməyə etiraz etdikdə, qeydiyyat haqqı geri qaytarılmır.

ÇXR-nın dövlət komitəsi maarifçilik işi haqqında Çinin ölkədə əcnəbilərin təhsili üçün bütün məhdudiyyətləri aradan qaldırdığını elan edir. Artıq ali məktəblər hökumətdən icazə almayaraq, sərbəst şəkildə, xarici tələbələri yığa (artıra) bilər, əcnəbilər özləri isə onlarda qeydiyyatdan keçmək və oxumağa başlaya bilərlər. Hələ keçən il Çinin 330 ali məktəbində 154 ölkədən 40.000 əcnəbi tələbə təhsil alırdı. 2000-ci ildən Çin ali məktəblərə yeni qəbul sisteminə keçib. Bu zaman nəinki əcnəbi tələbələr, hətta çinli tələbələr də təhsilə görə pul ödəyir.

Günel  Məmmədova /TELEBE.AZ/

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button