Çində ən yaxşı pul qazanmaq variantı Bakıda daha qiymətli olan nəsə alıb ora göndərməkdi…

Telebe.az – ın Çin Xalq Respublikasının Pekin Dövlət İqtisadiyyat Universitetinində bakalavr dərəcəsində maliyyə ixtisası təhsili alan Kənan Quliyevlə müsahibəsiTelebe.az – ın Çin Xalq Respublikasının Pekin Dövlət İqtisadiyyat Universitetinində bakalavr dərəcəsində maliyyə ixtisası təhsili alan Kənan Quliyevlə müsahibəsiTelebe.az – ın Çin Xalq Respublikasının Pekin Dövlət İqtisadiyyat Universitetinində bakalavr dərəcəsində maliyyə ixtisası təhsili alan Kənan Quliyevlə müsahibəsi

– Çində təhsil almazdan qabaq Azərbaycanda hansı ali məktəbdə oxumusan və nə işlə məşğul olmusan?

– 2006-cı ildə Bakı şəhəri Səbayıl rayonu 6 saylı orta məktəbi bitirmişəm. Həmin il Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsinə daxil olmuşam və bir il orada təhsil almışam. Təhsil müddətində işləməyə də imkan tapırdım. Belə ki, eyni zamanda  “NEFTÇİ” peşəkar futbol klubunun mətbuat xidmətində çalışmışam.

– Çində təhsil almağa hansı proqramla getmisən?

– Bakıda Memarlıq Universitetində təhsil alarkən 1-ci kursun sonunda universitetimizdə xaricə oxumaq imkanı yaradan ingilis dili imtahanlarının keçirilirdi. Sınamağı qərara aldım. İmtahanların ilk iki turunu uğurla adladım. Düzü bir az tərəddüd edirdim. Çünki Çin haqda təsəvvürlər o qədər də ürəkaçan deyildi. Müxtəlif mənbələrdən Çin haqda məlumat topladım və müvafiq ölkənin sürətlə inkişaf etdiyini, yaxın gələcəkdə sənayesinə, iqtisadiyyatına görə dünyada ön yerlərdən birini tutacağını düşünüb bu təklifə razı oldum.  Çin Xalq Respublikasının Bakıdakı səfirliyinin təklif etdiyi bu proqram “China Schoolarship Council” adlanır.

– Çinin  təhsil sisteminin çox güclü olması  haqda fikirlər var və sənin buna münasibətin  necədir?

– Bir vaxtlar ölkəmizdə də hökm sürən sosializm quruluşu bugünə qədər Çində hökm sürür. Onların kommunist baxışları tək təhsilə deyil, bir çox sahələrə sərtlik gətirib. Çinin təhsil sistemi çox güclü və çox sərtdi. Burada universitetlərin maddi bazaları çox güclüdü. Universitetlər hər cür avadanlıqlarla təmin olunublar. Bununla yanaşı çinli müəllim bir çox cəhətlərinə görə azərbaycanlı müəllimdən fərqlənir. Çinli müəllim üçün çox vaxt nəticə əsas olmur, tələbənin çalışqanlığı daha vacib olur. Çinli tələbə isə öz həyatını və karyerasını düşünərək güclü təhsil almağı, savadlı olmağı qarşısına məqsəd kimi qoyur. Bu ölkədə gənclərin təhsilə marağı zamanla onların iqtisadiyyatını, texnikasını, sənayesini inkişaf etdirir. Bildiyimiz kimi çin dili dünyanın ən çətin dillərindən biridir. Bu dili öyrənmək və bu dildə təhsil almaq xarici tələbəyə heç də asan başa gəlmir. Xüsusilə də avropalılara. Çünki yazıda istifadə etdiyimiz latın əlifbasını Çindəki təhsil zamanı yerli heroqliflər əvəz edir. Təxminən 7 min heroqlifin mövcud olduğu çin əlifbasında qəzet, kitab oxumaqçun bizə təqribən 3 mini bəs edir ki onlar da ən çox işlənən heroqliflərdi. Təhsil zamanı bizə  çətinlik yaradan ən böyük amilin heroqlif olduğunu xüsusi vurğulayardım.

– Çində əsasən yerli tələbələrdən başqa daha çox hansı xarici ölkələrin tələbələri təhsil alır?

– Çinə son 5 ildə marağın sürətlə artdığını deyirlər. Bildiyim qədər əvvəllər burada bu qədər çox xarici tələbə olmayıb. İndi xaricilər arasında ilk yeri Cənubi Koreyadan gələn tələbələr tutur. Burada əsas amil kimi Çində təhsil xərclərinin Koreyadan ucuz olması göstərilir. Koreya ilə yanaşı İndoneziya, Vyetnam, ABŞ kimi ölkələrdən tələbələrin sayı kifayət qədərdi. Azərbaycanlı tələbələrin sayı o qədər də çox deyil. Onların sayı Pekində təxmini 20 nəfər, ümumi Çində təqribən 50 nəfərdir.

– Çində həm təhsil alıb, həm də işləmək imkanı  varmı?

Təhsil alıb işləmək mümkündü. Çinli uşaqlara ingilis dilini öyrədənlər var, müxtəlif kompaniyalarda çalışanlar var. Amma elektronika və pirat geyimin aşağı qiymətə olduğu Çində ən yaxşı pul qazanmaq variantı Bakıda daha qiymətli olan  nəsə alıb ora göndərməkdi. Bu həm rahatdı, həm də yaxşı qazanc gətirən işdir.

– Çində hansı ixtisaslarda təhsil almağı məsləhət görərdin?

Düşünürəm ki, əgər xarici ölkəyə ali təhsil almaq məqsədi ilə gedirsənsə gedəcəyin ölkənin inkişaf etmiş sahələrini nəzərə almalısan. Yuxarıda qeyd etdiyim kimi iqtisadiyyatı sürətlə inkişaf edən Çində iqtisadiyyatda oxumaq xeyirli ola bilər. Azərbaycanlı tələbələrin elə böyük əksəriyyəti Çində məhz bu sahə üzrə ixtisaslaşır. Bununla yanaşı gələcəkdə özlərini diplomat kimi sınamaq istəyənlər burada uğurlu təhsil almaq imkanı qazana bilərlər. Tibb sahəsi də Çində inkişaf edib, buna baxmayaraq fikrimcə azərbaycanlı tələbə üçün çin dilində tibb oxumaq çox çətindi. Bunlarla yanaşı elektronikanın Çində inkişaf etməsi bu sahəyə marağı olan tələbələrimizə yüksək səviyyəli təhsildə yardım edə bilər.

– Bir günə nə qədər xərcin çıxır?

Bir gündə təqribən 70-100 yuan (10-15 dollar) arasında  xərcləyirəm.

– Dərslər yerli müəllimlər tərəfindən keçirilir, yoxsa əcnəbilər də var?

Çin universitetlərində istənilən fakultənin həm çin bölməsi, həm də xarici bölməsi var.  Dərslər xaricilərə, yerli – çinli müəllimlər tərəfindən keçilir. Çin bölməsində bəli, bəzi fənnləri xarici müəllimlər tədris edir.

– Orada yemək  məsələsini  necə  həll edirsiz?

– Əmin idim ki, bu barədə mütləq sual verəcəksiz . Çünki azərbaycanlı hər kimsə Çin sözünü eşidəndə ağlına ilk gələn ekzotik heyvanların üstünlük təşkil etdiyi mətbəx olur. Bakıda olanda bu sual mənə verilən ən çox sualdı. Bilirsiz, hər mətbəxin özünə görə digərlərindən üstünlüyü və zəif cəhətləri var. Çinlilər sağlam qida qəbul etməyi dadlı qidadan üstün tuturlar. Ona görə də Çin mətbəxində yağlı, orqanizmə ziyanlı yeməklər çox azdı, demək olar ki yoxdur. Əsasən dəniz heyvanları, yosunları və tərəvəzlərin yeyildiyi Çin mətbəxində qoyun əti çox az istifadə olunur. Pekinin ən hörmətli yeməyi “Pekin ördəyi”dir. Dünyada tanınan bu yemək azərbaycanlıya dadsız gələ bilər, amma çinlilər onu ən əziz qonaqları üçün hazırlayırlar. O ki qaldı bizim bu məsələni necə həll etməyimizə – burda olduğum artıq 3 ildi, mən Çin yeməyi yemirəm. Buna səbəb onun doyuzdurucu olmamasıdır. Çin yeməyini yemək 1 saatdan sonra yenidən ac olmağa gətirib çıxarır. Əsasən yapon və uyğur yeməklərinə üstünlük veririk. Xüsusilə uyğurların yeməyi bizim yeməklərlə eyni olmasa da, müəyyən oxşarlıqlar nəzərə çarpır. Onlar çinlilər kimi qaynadılmış düyü yox – nan adlandırdıqları çörəydən istifadə edirlər. Amma Pekində bizim Azərbaycan restoranları da var. Həftə sonları vaxt ayıraraq oraya gedib öz ləziz yeməklərimizdən dadmağa çalışırıq.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button