Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Çin hökumətindən Azərbaycan tələbələrinə təqaüd imkanı!

china_shanghai_nightTəqaüd proqramı Azərbaycan Respublikası və Çin Xalq Respublikası Təhsil Nazirlikləri arasında 13 iyul 2012-ci il tarixində imzalanmış sazişə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hal-hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan Respublikası vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.

Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 27 mart 2014-cü il tarixinə kimi tələb olunan bütün sənədlərin elektron surətini (skan) elektron poçtla m.agayeva@edu.gov.az ünvanına göndərmələri xahiş olunur.

Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibə 2, 3 və 4 aprel 2014-cü il tarixlərində Təhsil Nazirliyində keçiriləcək.

Elektron poçtla göndərilən sənədlərin çap versiyasını müvafiq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdə) əlavə edilməlidir.

Ətraflı məlumat üçün LİNK.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button