Ceyhun Abbasov: ”Çin dilini bilmək perspektivli iş tapmaqda mənim üstünlüyümdür…”

dlFNKExXRPkKonfutsi İnstitutu Proqramı əsasında Çində bakalavr təhsili almış Ceyhun Abbasovla müsahibə…

– Özünü təqdim et…Ali təhsilini harada almısan?

– Mən Abbasov Ceyhun Çinin Konfutsi İnstitutu Proqramı əsasında Çin Xalq Respublikasının Anxoy Universitetində Çin dili üzrə bakalavr təhsili almışam.

– Niyə məhz, Çin?

– Maraqlı sualdır , bu sualla çox qarşılaşıram. Hamıya  aydındır ki,bugünkü gündə Çin çox  sürətlə inkişaf edən ölkələrdən biridir. Başqa dillərdən fərqli olaraq, Azərbaycanda Çin dilini bilənlərin sayı nisbətən azdır və buda  bu dili bilənlərə təlabatı daha da artırır. Buna görədə hesab edirəm ki, gələcəkdə perspekivli bir iş tapmaqda Çin dilini bilmək mənim üstünlüyüm olacaqdır.  Bundan əlavə, Çin dünyanın ən qədim və zəngin tarixinə malik olan ölkələrdən biri olduğundan buraya hər il çoxlu sayda turist axını gəlir və mənim üçün də Çin hər zaman çox valehedici bir ölkə olub və  məhz, bu səbəblərdən Çin dilini öyrənib orada təhsil almaği seçdim.

– Çin digər ölkələrlə müqayisədə xaricdə təhsil almağa daha çox tələbə göndərir. Əsasən hansı ölkələrə üstünlük verirlər.?                   

– Bəli, sizinlə tam razıyam. Demək olar ki, dünyanın bütün ölkələrində çinlilərə rast gəlmək olar.  Hər il minlərlə çinli tələbə  təhsil almaq üçün xaricə gedir. Hamıya məlumdur ki, Amerika təhsil sistemi dünyanın ən inkişaf etmiş sistemidir və elə buna görədə təhsil almaq üçün Çinli tələbələr  əsasən, Amerikanı seçirlər. Bununla yanaşı, Avstraliya, Avropa, Afrika və Asiya ölkələrində də çoxlu sayda çinli tələbə təhsil alır. Elə bizim doğma Azərbaycan universitetlərində də çinli tələbələrin sayı az deyil.

– Oxuduğun universitetdə hansı ölkələrdən əcnəbi tələbələr üstünlük təşkil edir?

– Son zamanlar Çin təhsil sistemi çox dinamik şəkildə inkişaf edir və dünyanın hər tərəfindən buraya gələn tələbələrin sayında artım da bunu deməyə imkan verir. Mən oxuduğum universitetdə əsasən, İndoneziya, Koreya, Kazaxıstan, Rusiya, Ukrayna və ABŞ- dan olan tələbələr çoxluq təşkil edirdi.

KfeSEbS1oTg– Çin diplomları bir çox ölkələrdə tanınır.Bəs, sənin diplomun necə Azərbaycanda tanınacaqmı ,yaxud tanınırmı ?

– Əslində, Azərbaycan Təhsil Nazirliyinin hər hansı bir ölkənin konkret ali məktəbinin diplomunu tanıyıb-tanımaması baxımından məsələyə yanaşma yanlışdır. Çünki, beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı Beynəlxalq Konvensiya vardır və bu konvensiyaya əsasən, diplomu tanımaq üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Və bu baxımdan düşünürəm ki, mənimdə diplomumun tanınmasında heç bir problem olmamalıdır.

– Çin universitetlərində akademik dil olaraq hansı dil tələb olunur?

– Çində dərslər əsasən, Çin dilində keçirilir,amma buna baxmayaraq, bəzi universitetlər İngilis dilində də oxumağa imkan yaradırlar.

 

OmhRO9024oI– Səncə niyə əksər xarici tələbələr Çin universitetlərini seçir?

– Qeyd etdiyim kimi son zamanlar Çin universitetlərinə əcnəbi tələbələrin axını artıb və buda Çinin təhsil sisteminin sürətli inkişafı nəticəsidir. Bundan ələvə qeyd etmək istəyirəm ki, Çin universitetlərində  təhsil haqqı bir sıra ölkələrə nisbətən ucuzdur və bu da çoxlu sayda tələbələrin Xaricdə təhsil almaq arzusunu gerçəkləşdirilməsində ən vacib olan amillərdən biridir.

– Çin dövləti əcnəbi tələbələrə hansısa təqaüd imkanı tanıyırmı?

– Bəli. Çin dövləti burada oxumaq istəyən hər bir tələbəyə təqaüd almağa imkan yaradır .  Bu təqüdlərdən biri “Çin Dövlət Təqaüdü”dür. Mən özüm “Konfutsi İnstitutu” təqaüdü almışam.   Qeyd edim ki, Çin universitetlərində  təqaüd qazanmaq şansı  digər dövlətlərə nisbətən daha çoxdur.

SEhODrezN2YTəhsil müddətində əcnəbi tələbələr harada yaşaya bilər?                                                                                                                       
– Çinin bütün universitetləri yerli və əcnəbi tələbələrini  universitetlərin yataqxanaları ilə təmin edirlər. Bundan əlavə, Çində tələbələr universitet kampusundan kənar yerləşən evlərdə də yaşaya bilərlər.

– Çində də bizim universitetlər kimi “daydaylıq ,tanışlıq” var?

– Təhsil aldığım müddət ərzində belə hallara bir dəfə də olsun  rast gəlməməyimə baxmayaraq, bu suala əminliklə cavab verməkdən çəkinirəm.

– Çin mətbəxinin özünəməxsus cəhətlərini nəzərə alsaq yemək məsələsi necə,sənin üçün çətin deyilki?

– Ən çox sevdiyim suallardan biridir. Demək olar ki, hər gün bu sualı mənə verirlər.Və bu barədə ağız dolusu danışa bilərəm. İlk öncə istəyərdim Çinə gəldiyimiz ilk gündən danışım. O günü heç vaxt unutmaram. Axşam saat 9 idi, təyyarədən yenicə düşmüşdük və necə deyərlər acından ölürdük . Bütün əşyalarımızı universitetin yataqxanasına qoyduqdan sonra Hefei şəhərinin küçələrinə yemek axtarışına çıxdıq.Düzünü desəm həmin gün küçələrdə satılan yeməklərdən heç birimiz cürət edib dadmırdıq. Bir saat axtarışdan sonra axır ki, gəlib “Mc Donalds” restoranına çıxdıq və axşam yeməyini burada yeməyi qərara aldıq, ən azından ona görə ki, Hamburger ağzımızın dadına uyğundur.  Beləliklə, biz 5 gün ərzində ancaq “McDonalds”da yemək yeyirdik, sonra yavaş-yavaş Çin mətbəxindən olan bəzi yeməkləri dadmağa başladıq və əslində çox dadlı olduğunu gördük.  Və bu gün də mən Çin mətbəxini çox sevirəm və  bəzən özüm də evdə bişirib yeyirəm.

– Təşəkkür edirəm…!

– Sağ olun , mən sizə təşəkkür edirəm.

 

KfeSEbS1oTg dlFNKExXRPk OmhRO9024oIDSC02410SAM_6030 SEhODrezN2YAVfMU94p1iU

Aytən Güləliyeva

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button