Çexiyada ali təhsil maraqlıdır və çətindir

Çexiyada geniş seçim imkanı ilə fərqlənən iri dövlət universitetləriylə yanaşı çoxlu özəl ali məktəbləri də mövcuddur. Onlar dövlət universitetlərinə nisbətən müxtəlif firmalarla daha yaxın əlaqələrə malikdirlər və nəzəriyyə ilə praktikanı mükəmməl bir şəkildə cəmləşdirə bilirlər. Buna görə də özəl universitetləri bitirmiş məzunlar dövlət universitetləri məzunlarına nisbətən daha yaxşı yerdə işləmək şansı qazanırlar.

Adətən çex tələbələri həftədə neçə saat dərslə  məşğul olmaq istədiklərini özləri müəyyənləşdirirlər. Mühazirələrin hamısında iştirak etmək isə heç də məcburi deyil: 50%-də iştirak etmək kifayət edir.

Semestrin ortasında tələbələr növbəti semestr üçün vacib olan fənlərdən özlərinin tədris planlarını hazırlayırlar. Lakin magistr pilləsinin ilk 2 və bakalavr təhsilinin birinci tədris proqramında bütün dərslərdə iştirak etmək və öyrənmək vacibdir. Növbəti illər üçün isə tələbələr fənn kataloqundan öz seçimlərini edirlər.

Tələbə birinci kursda öz ixtisasının hər sahəsindən ümumi məlumat alır.

Xarici tələbələr üçün Çexiya təhsili

Dövlət universitetlərində xarici tələbələr üçün çex dilində təhsil pulsuzdur. Lakin gələcəkdə tələbələrdən ildə 300 avro almaq planlaşdırılır.

Özəl universitetlərdə isə təhsil pulludur. Lakin qiymət o qədər də çox deyil: hər semestr boyu ödəmək imkanı ilə ildə 1000-2500 avro. İlk etapda çex dilini mükəmməl bilmək tələb olunmur.

Xarici dildə (ingilis dilində) təhsil almaq da pulludur. Bu zaman universitetin nüfuzundan asılı olaraq qiymətlər 3000$-dan (Çexiya Texniki Universitetində) 1000$-a (Karlova universitetinin tibb fakültələrində) qədər dəyişir.

Çexiyada dövlət universitetlərinə qəbul olmaq özəl universitetlərə qəbul olmaqdan daha çətindir. Səbəb hər il yüksək konkursun (1 yerə 10 namizəd) müşahidə olunmasıdır.

Bütün xaricilər digər qəbul imtahanları ilə yanaşı çex dilindən də imtahan verməlidirlər./TELEBE.AZ/

17 Comments

  1. Turkan says:

    salam men turkiyeye perevod ola bilerem? xahis edirem cvb yazin

  2. Parvana says:

    Salam, Cexiya universitetlerinde magistr oxumaq ucun teqriben illik haqqi ne qederdir?

  3. aga says:

    salam men praqada dizayner memarliq fakultesinde tehsil almaq isdeyirem dovlet univestetlerinde illiy odenis ne qederdi ?

  4. Talib says:

    Karl universitetinin diplomu hem Avropada, hem de Azerbaycanda taninir.

  5. Talib says:

    Cexiyada sened qebulu yanvar-fevralda aparilir. Imtahanlar ise yayda kecirilir

  6. Lalə says:

    salam men sizin meqaleni oxudum. men ATU-nun tibbi-profilaktika fakultesinin sonuncu kurs telebesiyem ve xaricde rezidentura tehsili almaq isteyirem. Sizin qeyd etdiyiniz Karlova uni-nin Tibb fakultesinde odenisli tehsilin shertlerini oyrenmek isteyirem ve mene maraqlidiki təhsil alib qayidanda bu uni-in diplomu taninirmi? xahis edirem tez cavab yazin. tesekkur

  7. turkan says:

    ne vaxtdir Cexiya universitetine qebul????????????????/

  8. meri says:

    salam men 11 sinifde oxuyurAM bilmek isteyerdim cexiyada tibb uzre thesil almaq olar ve bu neciye basa gelir ilde indiden cox sagolun

  9. IKINCI KURSDAN SONRA TOEFL VERIB ORA GELMEK OLAR MINIMUM NECE BAL LAZIMDI??

  10. ayka says:

    salam mende cexiyada bakalavr seviyyesinde tibb tehsili almaq isteyirem.ora nese imtahan lazimdirmi yoxsa imtahansiz goturulur?TQDK balindan istifade olunur?olunursa nece baldan yuxari tehsil almaq imkanina sahib olur

  11. Admin says:

    Salam Cexiyada cex diline imtahan vermek ucun ilk novbede ya hemin olkenin mektebinde iki ile qeder tehsil almali ya da Azeraycanda cex dilini oyrenmelisiniz. Bundan sonra her hansi bir fakulteye uygun olaraq orada mueyyen imtahanlari vermelisiniz. Cex dilinde imtahan verseniz siz de bashqa cexlerin verdiyi imtahanlari vereceksiniz.

  12. Ibrahim says:

    Salam. Cexiyada cex dilinde tehsil almaq ucun hansi fenlerden imtahan vermek lazimdi,imtahanlar ne vaxtdi ve tehsilin qiymeti necedi?

  13. Talib says:

    Cexiyada tehsille bagli sizi konkret ne maraglandirir? yazin size komek edek

  14. Elchin says:

    Salam Cexyada tehsil ucun hara müraciet edə bilerem?

  15. Admin says:

    Salam İngilis dilinde tehsil almaq isteyirsinizse bu zaman TOEFL imtahani vermelisiniz. Qebul hele davam edir

  16. nikita says:

    hansi fenlerden imtahan vermeliyik. ve ayin necesi?

  17. Zaurasadov says:

    Men 3cu kurs telebesiyem ve magistr(computer sciences) tehsilimi Cexiyada davam etdirmek isterdim.Ingilis dilini secirem ve ozel…hansi imtahanlari vermeliyem?

Leave a Reply

Your email address will not be published.

İngilis dili 45 AZN!
Ünvan