Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı hesabat verdi

BUTA hesabat dövründə bir sıra uğurlu layihələrə imza atıb

BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının (AKTT) Ali Orqanı – Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağı keçirilib. Toplantıda Koreyada təhsil alan, işləyən, yaşayan azərbaycanlılar iştirak etdilər.

Təşkilatdan Telebe.az –a verilən məlumata görə, BUTA AKTT-nin sədri Eltay Aslanov təşkilatın bir illik (29.03.2010 – 19.03. 2011) fəaliyyəti barədə hesabatı tədbir iştirakçılarına təqdim edib.

Hesabat dinlənildikdən sonra təşkilat üzvləri təklif, irad və fikirlərini bildirdilər. Bundan

sonra təşkilatın icra strukturlarına namizədliyini irəli sürmüş tələbələrin çıxışları dinlənildi və

açıq səsvermə yolu ilə təşkilatın icra strukturlarının növbəti il üçün yeni tərkibi formalaşdı:

BUTA AKTT-nin Sədri Azər Hüseynov, Sədr müavini Orxan Ləzimov, Nəzarət-Təftiş üzrə məsul şəxs Rəşad Əliyev, idarə heyətinin üzvlüyünə Məmmədemin Müzəffərli, Emil Abbasov, Gülçin Tağıyeva, Emin Ələsgərov, Orxan Kərimzadə, Əhməd Əhmədov, Nailə İsmayılova seçildilər.

Tədbirdə Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin təşəbbüsü ilə Koreya universitetlərində təhsil alan Azərbaycanlı Tələbələr arasında keçirilmiş müsabiqədə fərqlənən tələbələr səfirlik tərəfindən mükafatlandırıldı. Belə ki, mərasimdə “2010-cu ilin Ən Yaxşı Tələbəsi” müsabiqəsində təhsil göstəricilərinə görə fərqlənən Azər Hüseynov, Emil Abbasov, Bahar Əliyeva, Xalid Hüseynov, İslam İsmayilov, 2010-cu ildə ictimai fəaliyyətinə görə isə Eltay Aslanov,  Məmmədemin Müzəffərli, Zaur Səfərov, Orxan Ləzimov, Gülçin Tağıyeva Səfirlik tərəfindən tərifnamə və hədiyyələrlə təltif edildi.

Qeyd edək ki, xaricdə təhsil alan Azərbaycanlı tələblə təşkilatlarında ən fəalları sırasında olan BUTA hesabat dövründə bir sıra uğurlu layihələrə imza atıb. Bunlardan Şuşanın işğalının 18-ci ildönümü ilə “təbliğat xarakterli aksiya”, Sonbugk mədəniyyət mərkəzində Respublika günü münasibətilə bayram tədbiri, Təşkilatın rəsmi internet səhifəsinin istifadəyə verilməsi, BUTA Azərbaycan Futbol Komandasının yaradılması, Koreya Xarici Dillər Universitetində Azərbaycan Mədəniyyət Dərnəyinin yaradılması, Xocalı Faciəsinə həsr olunmuş tədbir və digər faəliyyətlər göstərmişdir.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button