Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Buraxılış imtahanlarının proqramlarından çıxarılan mövzular-ÇOX VACİB

2019/2020-ci tədris ili üçün ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında bəzi  dəyişikliklər edilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə  2019/2020-ci tədris ili üçün ümumi orta ( 9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında 2019-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilmiş və  ümumtəhsil müəssisələrinə istifadəyə verilmiş  dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

Belə ki, 2019-cu ildə nəşr edilmiş 8-ci sinif “Azərbaycan dili” dərsliyindəki dəyişikliklərə görə aşağıda qeyd edilən  mövzular həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanı proqramlarından çıxarılıb:

-İdi, imiş şəkilçilərinin yazılışı və tələffüzü.

-Söz birləşmələrinin quruluşu.

– Sadə və mürəkkəb söz birləşmələri.

– İsmi birləşmələrin növləri.

-I növ təyini söz birləşməsi.

– II növ təyini söz birləşməsi.

– III növ təyini söz birləşməsi.

– İdarə əlaqəsi.

– Yanaşma əlaqəsi.

– Vasitəli tamamlıqlar.

-Vasitəsiz tamamlıqlar.

-Tamamlıq və idarə əlaqəsi.

– Təyin və yanaşma əlaqəsi.

– Zərfliklə xəbər arasındayanaşma və idarə əlaqəsi.

-Həmcins və qeyri-həmcins təyinlər.

– Sitat.

2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Русский язык” və “English”  dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Həmçinin, 2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Riyaziyyat” dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Qeyd edək ki, 11 illik tam orta təhsil bazasında buraxılış imtahanı ali təhsil müəssisələrinə, eləcə də kolleclərə qəbulun birinci mərhələsidir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button