Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.

BME - photo - 2Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti  (qısaca olaraq BME) Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim texnologiya universitetidir. BME-nin əsası 1782-ci ildə qoyulub. BME-nin 110-dan çox departamenti və institutları, səkkiz fakültəsi var. Son illərdə universitetin 25 000 tələbəsindən təxminən 1000-dən çoxu 50-dən artıq xarici ölkədən gəlir.

 

 

Macarıstanda mühəndislik üzrə hazırlanan mühəndislərin 70%-i məhz Budapeşt Texnologiya və İqtisadyyat Universitetinin payına düşür. Universitet Dunay çayının sağ tərəfində yerləşir. Universitetin ərazisi və binaları o qədər böyükdür ki, universitetin  bir hissəsindən o biri hissəsinə piyada getmək 20 dəqiqə vaxt alır.

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti dünyanın ali təhsil qurumları arasında daima beynəlxalq reytinqlərdə qabaqcıl yerlərdə olub. Misal olaraq, Webometrics ranking-ə görə BME 395-ci yerdədir. Daha əvvəl isə universitet 428-ci yerdə idi. Göründüyü kimi BME bu bu siyahıda durmadan irəliləyir. Quacquarelli Symonds ranking-ə (QS World University Rankings 2014/15) əsasən BME, mühəndislik və texnologiya sahələrində dünyanın ən yaxşı 400 universiteti sırasındadır və 254-cü yerdə qərarlaşıb. Elm dünyasında institutun məşhurluğuna görə BME göstəricidə 162-cidir. Center For World University Rankings (CUWR) BME-ni təhsilin keyfiyyətinə görə dünyada 256-cı, fakültələrin reytinqinə görə isə 218-ci yerdə görür.

Emerging Europe and Central Asia (EECA)» reytinqinə görə görə BME regionda ən yaxşı 150 universitet arasında 32-cidir.

BME öz alimləri ilə dünya elminə töhfə verməyi bacarmışdır. Deneş Qabor (holoqrafiyanın yaradıcısı, 1971 Fizika üzrə Nobel mükafatçısı), Corc Olah (1994 Kimya üzrə Nobel mükafatçısı) Viqner Ceno (1963 Fizika üzrə Nobel mükafatçısı) və Fülop von Lenart  (1905 Fizika üzrə Nobel mükafatçısı) kimi dünyaca məşhur alimlərin həyatı və ixtiraları məhz bu universitetlə bağlıdır.

BME-nin əməkdaşlarının bilik və bacarıqları daim diqqət cəlb edir. Belə ki, BME-nin Telekommunikasiya və Mediya İnformatikası departmentinin araşdırmaçılardan ibarət komandası «Hər şeyin nəzəriyyəsi» filminin dublyajında iştirak edib. Dünyanın ən məşhur fiziklərindən olan Stiven Hokinqsin həyatına aid olan filmdə alimin cihazının ərsəyə gətirdiyi 40-a yaxın cümlənin ingilis dilindən macar dilinə tərcüməsində iştirak etmək üçün «Mafilm» film şirkəti BME mütəxəssislərini əməkdaşlığa dəvət etmişdir.

Əhəmiyyətli hadisələrdən biri isə 12 fevral 2012-ci ildə baş tutdu. Belə ki, BME-nin tələbələri Macarıstanın ilk yerli peykini («MaSat-1») hazırladılar və orbitə buraxdılar.

Artıq azərbaycanlı tələbələr də bu cür dünyaca məşhur ali məktəbdə təhsil almaq fürsətinə malikdirlər. Belə ki, Macarıstanda təhsillə məşqul olan “Study in Hungary” layihəsi BME-nin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq bu universitetə tələbə qəbulu üzrə fəaliyyət göstərir. Məhz onların köməkliyi ilə azərbaycanlı tələbələr orada təhsil almağa başlayıblar. Sadə dildə desək, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində bakalavr ixtisasları bunlardır və təhsil haqqısı 1 semestr üçün 3200 avrodur.

1) Faculty of Civil Engineering (Mülki mühəndislik – İnşaat mühəndisliyi fakultəsi)

2) Faculty of Mechanical Engineering (Mexanika mühəndisliyi fakultəsi)

3) Faculty of Architecture (Arxitektura fakultəsi)

4) Faculty of Chemical Technology and Biotechnology (Kimya mühəndisliyi və biotexnologiya fakultəsi)

5) Faculty of Electrical Engineering and Informatics (Elektrik mühəndisliyi və informatika fakultəsi)

6) Faculty of Transportation Engineering and Vehicle Engineering (Daşınma və nəqliyyat mühəndisliyi fakultəsi)

BME-də aşağıdakı magistratura ixtisaslarında təhsil haqqı bir semestr üçün 3500 avrodur.

1) Faculty of Mechanical Engineering (Mexanika mühəndisliyi fakultəsi)

2) Faculty of Chemical Technology and Biotechnology (Kimya mühəndisliyi və biotexnologiya fakultəsi)

3) Faculty of Electrical Engineering and Informatics (Elektrik mühəndisliyi və informatika fakultəsi)

4) Faculty of Natural Science (Təbii elmlər fakultəsi)

5) Faculty of Transportation Engineering and Vehicle Engineering (Daşınma və nəqliyyat mühəndisliyi fakultəsi)

İnşaat mühəndisliyi (Mülki mühəndislik) fakultəsində isə magistratura üzrə bir semestrlik təhsil haqqısı 3800 avrodur.

BME doctorantura (PhD) üçün bu də keyfiyyətli təhsil təklif edir. Belə ki, PhD üçün aşağıdakı ixtisaslar təklif olunur və qiyməti hər semestr üçün 4500 avrodur.

1) Faculty of Civil Engineering (Mülki mühəndislik – İnşaat mühəndisliyi fakultəsi)

2)  Faculty of Mechanical Engineering (Mexanika mühəndisliyi fakultəsi)

3) Faculty of Chemical Technology and Biotechnology (Kimya mühəndisliyi və biotexnologiya fakultəsi)

4) Faculty of Electrical Engineering and Informatics (Elektrik mühəndisliyi və informatika fakultəsi)

5) Faculty of Natural Science (Təbii elmlər fakultəsi)

6) Faculty of Transportation Engineering and Vehicle Engineering (Daşınma və nəqliyyat mühəndisliyi fakultəsi)

Universitetə müraciət üçün ərizə haqqı isə (Application fee) 100 avrodur.

Əgər tələbə birbaşa olaraq bakalavra və magistraturaya qəbul ola bilməsə ona hazırlıq (pre-engineering) kursu keçmək təklif olunacaq. Bu hazırlıq kursunda təhsil haqqı hər semester üçün 3200 avrodur. Kursunu müvəffəqiyyətlə bitirəndən sonra tələbələr bakalavr və ya magistraturada təhsilə başlaya bilərlər.

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə qəbul olub təhsil almaq istəyənlər öz suallarını və sənədlərini info@study-hungary.com-a göndərə bilərlər.

BME _ gece gorunushuBME - photo - 2BME - photo - 3BME - telebeleri idmanda

Leave a Reply

Your email address will not be published.

XARİCDƏ TƏHSİL
Akademi Group