Bu Macar kollecində NASA-nın kosmik gəmilərin yaradılması və materialların sınaqdan keçirilməsi üçün laboratoriya var

picture 3Macarıstanın Dunauyvaroş Kollecinin NASA və ESA ilə birgə işləyən kosmik gəmilərin yaradılması və  materialların sınaqdan keçirilməsi üçün laboratoriyası var

1.Özünüzü oxucularımıza təqdim edin.

Salam, Macarıstanın Dunauyvaroş Kollecinə (College of  Dunaújváros) xoş gəlmisiniz! Mənim adım Katalin Gyöngyöşidir və mən bizim universitetin Beynəlxalq Münasibətlər Ofisinin rəhbəriyəm. Mənim işimdə prioritet xarici tələbələrimizə burada – Dunauyvaroş (Dunaújváros) şəhərində öz real evlərindən uzaq olsa da, özlərini evlərindəki kimi hiss etməyə kömək etməkdir. Mən və həmkarlarım daimi olaraq, bizim beynəlxalq tələbələrin rifahı üçün onların təhsil proqramları, mədəni inteqrasiya və ya gündəlik problemləri üzərində  işləyirik.

2.Qısaca 3-4 cümlə ilə Dunauyvaroş Kollecini necə ifadə edərdiniz?

Dunauyvaroş Kolleci parlaq tələbə həyatı və yüksək keyfiyyətli təhsil proqramları ilə, müasir, Avropa səviyyəli kampusu olan tətbiqi elmlər universitetidir. Bizim ali məktəb əsasən Mühəndislik üzərində diqqətini cəmləşdirir və Macarıstanda ingilis dilində ən yaxşı Mexanika mühəndisliyi və Material mühəndisliyi proqramlarıni təklif edən universitetlərdəndir. Keçən il bizim müxtəlif ingilis dilli proqramlar üzrə dünyanın dörd bir yanından 150-dən çox beynəlxalq tələbəmiz var idi və bu rəqəm artmaqdadır.

3.Sizin kollecin digər Macarıstan və Avropa kollecləri ilə müqayisədə üstünlükləri hansılardır?

Bu mənim sevimli suallarımdan biridir, çünki ,mənim fikrimcə, bizim bir üstünlük kimi hesab oluna bilən, bir çox xüsusiyyətlərimiz var. Gəlin coğrafiyası ilə başlayaq: Kollec Budapeştdən 60 kilometr uzaqlıqda avtobus və ya qatarla 1 saatlıq məsafədə yerləşir. Bu o deməkdir ki, həm paytaxt həm də aeroporta çatmaq asandır. Budapeşt böyük bir şəhərdir ki, bəzi insanlar hətta buranın gənclər üçün ən yaxşı yer olduğunu deyirlər. Dunauyvaroş orta miqyaslı, Dunay çayı sahilində yerləşən, Macarıstanda rahat oxumaq üçün çox sakit və yaşıl yerlər ilə zəngin bir şəhərdir. Budapeştdə, siz həmişə daha çox partilər üçün bir yer tapa bilərsiniz, ​​Dunauyvaroşda həmişə öyrənmək üçün rahat bir yer tapa bilərsiniz. Ama bu o demək deyil ki, tələbə burada da partilər tapa bilməz. Lakin təhsil almaq üçün rahat və oxumaq üçün sakit və yaşıl yerlərin olmasını daha əhəmiyyətli olduğunu düşünürəm.

Biz, həddindən çox müəllim və tələbəsi olan elə də böyük bir institut deyilik. Bu o deməkdir ki, bizim müəllimlər öz tələbələrini şəxsən tanıyırlar – xüsusilə də, beynəlxalq tələbələri! Böyük Macarıstan universitetlərində tələbələrin adətən yalnız adları və ya hətta yalnız Neptun kodları (rəsmi elektron təhsil sistemi üçün fərdi identifikasiya kodu) var. Bizim məktəbdə bir baxış tərzi var ki, müəllim və tələbələrin daha çox şəxsi əlaqələri var, tələbələr adətən müxtəlif tədqiqat layihələrində həmkarlar olaraq qəbul edilir, dostyana atmosferdə tələbələr öz problemlərini daha rahat həll edə bilirlər.

Tələbə həyatı haqqında: biz Macarıstanda Şelmeçbanya (Selmecbánya) irsinin dörd fəxri daşıyıcılarında biriyik. Şelmeçbanya (Selmecbánya) indi Slovakiyada yerləşən bir şəhərdir, lakin Dünya Müharibələrindən əvvəl min il boyunca Macarıstanın bir hissəsi idi. Şelmeçbanya yüz illiklərlə dağ-mədən və metallurgiya ənənələri ilə məşhur və varlı bir şəhər idi. Dünya müharibələrindən sonra Macarıstan Şelmeçbanyanı itirdi, lakin oradan müəllimlər və professorlar yeni, kiçik Macarıstana köçürülüb və Şelmeçbanya ənənələri əsasında yeni məktəblər yaradıldı – bizim ali məktəb də onlardan biridir. Bu irs, yaşayan mədəni ənənədir: bizim tələbələrin təhsil proqramları əsasında qurulan qrupları var və hər bir qrupun rəsmi mərasimləri, tədbirlər üçün geyim formaları, mahnı və şeirləri, müsabiqələri, partiləri və ömürlük üzvlükləri var. Bizim xarici tələbələr Macarıstan dilinin əsaslarını öyrənmək arzusu ilə bu qrupları qoşula bilər.

Lakin bizim fəxr etdiyimiz xüsusiyyətlər yalnız bunlar deyil. Ali məktəbimizin həmçinin böyük laboratoriyaları var. Bosch şirkəti ilə əməkdaşlıq çərçivəsində, bütün Avropada dörd laboratoriyadan bir olan ömür tətqiqatı laboratoriyamız var! Bizim digər laboratoriyamız NASA və ESA ilə kosmik gəmilərin yaradılması və  materiallarının sınaqdan keçirilməsi üzrə işləyir. Bizim dil laboratoriyalarından bəziləri Apple Macintosh kompüter ilə tam təchiz olunmuşdur. Bundan başqa Macarıstanın ikinci ən böyük kommersiya televiziya şirkətinin studiyasının eynilə surəti olan tam təchiz olunmuş TV studiyamız var – tələbələrimiz orada media peşəsinin hər bir azpektlərini təcrübə edə bilirlər.

4.Xarici tələbələr üçün Dunauyvaroş Kolleci hansı proqramları təklif edir və tədris dili ​​hansılardır?

Hal-hazırda bizim tam ingilis dilində tədris olunan 6 bakalavr və 2 magistr dərəcəsi proqramımız var:

– Biznesin idarə olunması (bakalavr);

– Kommunikasıya və media (bakalavr);

– Kompüter mühəndisliyi (bakalavr);

– Texniki idarəetmə və ya Mühəndislik biznesinin idarə edilməsi (bakalavr);

– Material mühəndisliyi (bakalavr) – Macarıstanda bu proqramı təklif edən 3 ali məktəbdən biriyik, amma biz ən böyük ənənə və təcrübəyə sahibik;

– Mexanika mühəndisliyi (bakalavr);

– Mexanika mühəndisliyi (magistr);

– Mühəndisliyin tədrisi (magistr).

Bunlarla yanaşı, ingilis dili biliyi səviyyəsi bizim tələblərə cavab verməyən (IELTS 5.5- dən aşağı səviyyədə) olan tələbələr üçün 1 illik hazırlıq proqramı təklif edirik.

5.Bizə kampus haqqında məlumat verə bilərsinizmi?

Kampusumuz çox müasirdir, binalarımızın bir çoxu 2005-ci ildən sonra inşa edilib. Kampus yaxşı təchiz olunub və şəhərin mərkəzində yerləşdiyi üçün gediş-gəliş çox asandır: avtobus stansiyalarına, alış-veriş və əyləncə mərkəzlərinə yaxındır. Kampusun hər bir xidməti – oxu zalları, laboratoriyaları, restoranı, yataqxanası, kitabxanası və s. bizim tələbələrin rahatlığını təmin etmək üçün bir-birinə yaxın yerləşir. Tələbələrimiz simsiz internetdən (Wi-Fi) kampusun hər yerində pulsuz istifadə edə bilər. Bizim açıq və qapalı idman məkanları bir neçə idman növünü təklif edir. Həmçinin şəhərdə bunu təklif edən xeyli məkanlar həmişə var – son illər ərzində Dunauyvaroş şəhəri Macarıstanın idman paytaxtı kimi qəbul edilib!

6.Dunauyvaroş Kollecinin tələbələri üçün təhsil haqları, yataqxana xərcləri və digər yaşayış xərcləri nələrdir?

Siz yəqin bilirsiniz ki, Macarıstanın yaşayış minimumu Avropa İttifaqı ortalamasından aşağıdır, hansı ki, bu, ölkəmizdə olan ali təhsil müəssisələri üçün böyük bir üstünlükdür. Bir çox xarici tələbələr  bizi bu xüsusiyyət əsasında seçir, hətta Braziliyadan da! Bundan əlavə, bizim təhsil haqqı Macarıstandakı digər universitetlərlə müqayisədə də kifayət qədər əlverişlidir. Təhsil haqqı bakalavrda tədris ili (2 semestr) üçün 3550 avro təşkil edir. Biz hesab edirik ki, yaşayış yeri beynəlxalq tələbələr üçün ən əhəmiyyətli suallardan biridir. Buna görə də Budapeştəki hər hansı digər universitetlərdən fərqli olaraq hər bir xarici tələbə üçün avtomatik olaraq bizim yataqxanada yer təklif edirik. Yataqxanada yaşayış qiyməti ayda 120 avrodur.

7.Siz yaxın gələcəkdə – qarşıdan gələn sentyabr ayında yeni proqramlara başlamağı planlaşdırırsınızmı?

Əlbəttə, planlarımız var, ancaq proqramlarımız həmişə bizim gücümüz və bazarın tələblərinə əsaslanır. Hal-hazırda biz əvvəl qeyd etdiyim proqramları təklif edə bilirik, lakin uyğun müraciət sayı ilə biznes, mühəndislik və kompüter elmləri sahələrində yeni proqramlara başlaya bilərik.

8.Gələcək potensial tələbələr üçün hər hansı bir təqaüd və ya güzəştləriniz varmı?

Macarıstan hökuməti bu yaxınlarda “Stipendium Hungarikum” adlı təqaüd proqramına başlayır, Azərbaycan da daxil olmaqla bir çox ölkədən gələn tələbələr üçün təklif olunan bu təqaüd  tam təhsil proqramları, layihə-işləri və elmi-tədqiqat işləri üçün nəzərdə tutulub. Daha ətraflı məlumat üçün Azərbaycan Respublikası Təhsil Nazirliydən yardım ala biləcəksiniz. Biz həmçinin ali məktəbimizin xaricdə təhsil üzrə Azərbaycan dövlət təqaüd proqramı siyahısına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”) əlavə edilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlara başlamışıq.

9.Dunauyvariş Kollecinə yeni tələbələr cəlb etmək üçün hal-hazırki və gələcək hədəf ölkələr hansılardır.?

Adətən tələbələri qəbul etdiyimiz ənənəvi ölkələr Çin, Cənubi Koreya, Türkiyə, Kamerun, Nigeriya və Ukraynadır. Məktəbin rəhbərliyi bu yaxınlarda kollecimizə qəbul üçün yeni ölkələr hədəfləyən “Şərqə Açılış” adlı bir layihə başlatdı. Bu ölkələr Qərb və Mərkəzi Asiyada – Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan; Orta Şərqdə – İran, Səudiyyə-Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri; Cənubi-Amerikada isə Braziliya, Argentina, Paraqvay və Uruqvaydır.

OLYMPUS DIGITAL CAMERA 1.Azərbaycanda hər hansı bir nümayəndəliyiniz və ya qəbul agentliyiniz varmı?

Bəli, var, bu komanda „Study in Hungary” (Macarıstanda Təhsil) adlanır. Təmsilçimizin müxtəlif dillərdə mövcud olan www.study-hungary.com web-saytından ətraflı informasiya əldə edə bilərsiniz.


Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group