Bruney Hökuməti 2013 -2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir

telebeBruney Hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013-2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, doldurulmuş ərizə formaları müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə fevralın 14-dən gec olmayaraq Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin texniki yardım şöbəsinə çatdırılmalıdır.
Təklif olunan proqramların siyahısı bu ünvandan əldə oluna bilər:http://www.mofat.gov.bn/images/stories/Schlorship/2013_2014/program.pdf
Təqaüd proqramları ilə bağlı məlumat və ərizə formalarını isə bu ünvandan əldə etmək olar:http://www.mofat.gov.bn/index.php/bd-scholarship-2013-2014
Təqaüdlərlə bağlı əlavə məlumat üçün Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin texniki yardım şöbəsinin tad.scholarship@mfa.gov.bn elektron poçt ünvanına, yaxud Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova 012 496 3414 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.

Daha çox göstər

Oxşar xəbərlər