Boş vaxtlarımızda Avropa ölkələrinə səyahət edirik

Telebe.az saytı xaricdə təhsil almaq arzusunda olanlara yardım etmək məqsədilə növbəti müsahibini oxuculara təqdim edir. Bu, hazırda İsveçin Uppsala Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alan Şəbnəm Alməmmədovadır. Ümid edirik ki, təqdim etdiyimiz müsahibələr xaricdə təhsil almaq istəyən tələbələrimizə yardımçı olacaq.Telebe.az saytı xaricdə təhsil almaq arzusunda olanlara yardım etmək məqsədilə növbəti müsahibini oxuculara təqdim edir. Bu, hazırda İsveçin Uppsala Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alan Şəbnəm Alməmmədovadır. Ümid edirik ki, təqdim etdiyimiz müsahibələr xaricdə təhsil almaq istəyən tələbələrimizə yardımçı olacaq.Telebe.az saytı xaricdə təhsil almaq arzusunda olanlara yardım etmək məqsədilə növbəti müsahibini oxuculara təqdim edir. Bu, hazırda İsveçin Uppsala Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alan Şəbnəm Alməmmədovadır. Ümid edirik ki, təqdim etdiyimiz müsahibələr xaricdə təhsil almaq istəyən tələbələrimizə yardımçı olacaq.

İsveçdə təhsil almaq üçün hansı proqramla bu ölkəyə getmisən? Bunun üçün hara müraciət etmək lazımdır və hansı sənədlər tələb olunur?

İsveçdə təhsil üçün özüm birbaşa İsveçə müraciət etmişəm. İsveçdə təhsil almaq üçün universitetlərə www.studera.nu saytı vasitəsilə müraciət etmək lazımdır. Bu saytda istənilən dörd universiteti və proqramı seçmək olar və sənədləri ora göndərəndə onlar özləri sənədləri seçdiyiniz universitetlərə paylayırlar. Tələb olunan sənədlər isə seçilən proqramdan asılı olaraq dəyişir.

Oradakı azərbaycanlı tələbələrin sayı nə qədərdir? Onlar dərsdən əlavə hər hansı bir ictimai fəaliyyətlə məşğul olurlar?

Ümumiyyətlə, İsveçdə çoxlu azərbaycanlı ailələr yaşayır. Azərbaycanlı tələbələrin də sayı il-ildən artır. Mənim oxuduğum universitetdə məndən başqa üç azərbaycanlı tələbə var. Biz oradakı tələbə klublarına qoşulur, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir və hər fürsətdə Azərbaycanı və öz mədəniyyətimizi orada tanıtmağa çalışırıq.

Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

Boş vaxtlarımızda başqa Avropa ölkələrinə səyahət edirik, Şengen zonasında yaşamaq çox maraqlıdır. Başqa ölkələrə təyyarə biletləri çox ucuzdur, viza isə lazım deyil. Bundan başqa, tələbə klublarında aktiv iştirak edir, Stokholmdakı müxtəlif tədbirlərə qatılırıq.

Orada həm oxuyub, həm də işləmək imkanı varmı? Əgər varsa, hansı sahələrdə?

İsveçdə işləmək imkanı çox azdır, çünki iş tapmaq üçün isveç dilini bilmək vacibdir. Ona görə də işə götürərkən isveçlilərə daha çox üstünlük verilir.

İsveçdə tələbələrə dövlət və ya hər hansı bir təşkilatlar tərəfindən hər hansı bir güzəştlər varmı?

Tələbələrə müəyyən güzəştlər bütün sivil dövlətlərdə olduğu kimi təbii ki, İsveçdə də var. Müəyyən nəqliyyat növlərində, təhsil ləvazimatları satılan mağazalarda, müxtəlif restoranlarda tələbə güzəştləri var.

Sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək, kitab və s.)?

İsveç dünyanın ən bahalı ölkələrindən olduğuna görə mənim günlük xərclərim təxminən 250-300 Kron (təxminən 25-30 AZN) təşkil edir. Bir porsiya yemək 7-8 AZN, nəqliyyatdan bir dəfə istifadə 3 AZN-dir. Bu məbləğin üstünə təbii ki, aylıq ev kirəsi, kitab və digər xərclər də gəlir.

Oradakı təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında nə kimi fərqlər və ya oxşar cəhətlər var?

Oradakı təhsil tamamilə Boloniya sisteminə əsaslandığına görə mənim bitirdiyim Bakı Dövlət Universitetindən çox fərqlənir. Ümumi götürdükdə, oradakı tələbə-müəllim münasibətləri Azərbaycandan çox fərqlidir. Orada tələbə ilə müəllim arasında çox böyük mehribanlıq, səmimilik və eyni zamanda dərin hörmət var. Bizim universitetdə hər dərs ən azı 5-6 professor tərəfindən aparılır. Hər mühazirəni həmin mövzuda ən çox tədqiqat aparmış professor aparır. Oradakı universitetlərin kitabxanaları çox müasir kitablarla təchiz olunub, əgər tələbəyə lazım olan kitab universitetin kitabxanasında yoxdursa, universitet o kitabı öz hesabına başqa kitabxanadan sifariş edir. Bundan başqa, tələbə yataqxanaları çox rahatdır və demək olar ki, hamısı yenicə təmirdən çıxıb. Ümumiyyətlə, Avropa ölkələrində tələbələrin oxuması üçün hər bir şərait yaradılıb. Dərslər ən yeni avadanlıqlarla təchiz olunmuş otaqlarda aparılır və tələbənin kursları uğurla bitirməsi üçün heç bir professor öz köməyini əsirgəmir.

Telebe.az

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button