Bolqarıstanda müəllimlər üçün təlim proqramı

Avropa Şurasının Pestalotsi proqramı çərçivəsində 4-8 sentyabr 2011-ci il tarixlərində Bolqarıstanın Primorski şəhərində “Mədəniyyətlərarası anlaşma – sosial fənləri tədris edən müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda təlim proqramı keçiriləcəkdir. Təlim proqramında işçi dili ingilis dilidir. BU səbəbdən də proqram üçün müraciət edəcək namizədlərin ingilis dilini yüksək səviyyədə bilmələri tələb olunur.
Proqramda orta məktəbdə (14-18 yaş arası şagirdlərlə) çalışan tarix, vətəndaş təhsili, fəlsəfə, psixologiya fənni müəllimləri, eləcə də məktəb psixoloqları və iqtisadiyyat, coğrafiya, hüquq və etika fənlərini tədris edən müəllimlər iştirak edə bilərlər.
İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Proqram barədə ətraflı məlumatları və ərizə formasını http://www.coe.int/t/dg4/education/pestalozzi/Activities/Workshops/EW2011/7_BG_SEP/EW_BG_EN.asp#TopOfPage internet səhifəsindən əldə edə bilərsiniz.
Adı çəkilən tədbirdə iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 25 iyun tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova 496 33 11 -248) təqdim etməlidirlər.
Qeyd: natamam şəkildə doldurulmuş ərizə formaları qəbul edilməyəcəkdir.
Telebe.az
Daha çox göstər

Oxşar xəbərlər