Bizim Britaniya diplomu verən bir illik magistratura proqramlarımız həm yerli, həm də əcnəbi tələbələr tərəfindən yaxşı qarşılanır

IBS_new_campus_BudapestInternational Business School (Macarıstan) haqqında ali məktəbin Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri Laslo Lendvainin müsahibəsi

1/ Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

Mən, Laslo Lendvai (László Lendvai), Beynəlxalq Biznes Məktəbinin (International Business School) Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri və bu ali məktəbin məzunuyam.

2/ Bu ali məktəbi 3-4 cümlə ilə necə təsvir edərdiniz?

International Business School (IBS) 65 ölkədən tələbənin təhsil aldığı əsl beynəlxalq universitetdir. IBS təkcə müvafiq akademik biliklər tədris etmir, həmçinin tələbələrə praktik əhəmiyyətli və proqrama uyğun müasir biznes bilikləri və menecment metodlarını real biznes fəaliyyətində iştirak etməklə öyrətmək üçün əlindən gələni edir. Bizim seminarlarımız yalnız kiçik qruplarda olur, interaktiv formada keçir və tələbələri motivasiya edir. IBS tələbələrinin açıq və tənqidi düşünmə bacarığı işəgötürənlər tərəfindən yüksək dəyərləndirilir.

3/ IBS-in digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə hansı üstünlükləri var?

The University of Buckingham tərəfindən bütün məzunlarımıza verilən Britaniya diplomunun bütün dünyada qiymətləndirilməsi; yalnız praktik yönümlü və interaktiv seminarlar (heç bir mühazirənin olmaması); müəllimlər və işçi heyət tərəfindən tələbələrə xüsusi dəstək verilməsi; biznes bacarıqlarının inkişafına yüksək diqqət ayrılması; məzunlarımızın yüksək səviyyəli professional ingilis dilinə sahib olması; bir semestrlik xaricdə təhsil və ya internatura (təcrübə) etmək imkanı; ədalətli qiymətləndirmə sistemi; geniş məzun şəbəkəsi; korporativ dünyanın müasir tələblərinə cavab verən dərs proqramı. Həmçinin ali məktəbimizin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda olmasını xüsusi qeyd etmək lazımdır.

4/ IBS xarici tələbələrə hansı proqramları təklif edir və işçi dil hansı dildir?

IBS tərəfindən tədris olunan bütün proqramlar ingilis dilindədir, eləcə də tələbələr arasındakı əsas ünsiyyət dili də ingilis dilidir.

 

  • Budapeşt kampusunda tədris olunan 1 illik intensive ingilis dili kursu tələbələrin ingilis dili biliklərinin inkişaf etdirilərək bakalavr və ya magistraturada təhsil almağa başlamasını təmin edir.
  • Budapeşt kampusunda tədris olunan 3 illik bakalavr proqramları:

– Menecment;

– Biznes və diplomatiya;

– Biznes və turizm

– Maliyyə menecmenti;

– İnformasiya sistemləri menecmenti;

– Menecment və xarici dillər (alman, ispan, fransız);

– İncəsənət menecmenti;

– Psixologiya və menecment.

 

  • Həm Budapeşt, həm də Vyana kampusunda tədris olunan 1 illik magistratura proqramları:

– İnsan resursları menecmenti;

– Marketinq menecmenti;

– Maliyyə menecmenti;

– Beynəlxalq biznes.

 

  • Budapeşt kampusunda tələbələri tibb universitetlərinə qəbul üçün hazırlayan 1 illik hazırlıq proqramı.

 

  • Budapeşt kampusunda ingilis dilinin tədrisi, sosial əyləncələr, eləcə də Budapeşt və Macarıstanı səyahəti əhatə edən 4 həftəlik yay məktəbi.

 

5/ Ötən il Vyanada yeni kampus açdınız, bu nə dərəcədə uğurlu oldu?

Bizim Britaniya diplomu verən bir illik magistratura proqramlarımız həm yerli, həm də əcnəbi tələbələr tərəfindən yaxşı qarşılanır. Bu proqram hissə-hissə tələbələrə tədris olunur ki, bu da tələbələrə təhsillə bərabər tamştatlı işləmək azadlığı verir. Bizim Vyana kampusumuzun tələbələri professor və inzibati heyətimizin xüsusi diqqətindən zövq alırlar, seminarlarımızın təcrübi yönümlü olmasını və Vyananın gözəlliklərini yüksək qiymətləndirirlər.

6/ IBS-in veb səhifəsindən Budapeştdəki yeni kampus haqqında məlumat aldıq. Oxucularımıza yeni kampus barədə məlumat verə bilərsinizmi?

2014-cü ilin sentyabrından başlayaraq IBS bütün proqramlarını Budapeştin 3-cü rayonunda yerləşən yeni kampusunda tədris edəcək. Bu kampus düz Dunayın sahilində Graphisoft Park (www.graphisoftpark.com) adlanan ərazidə yerləşir. Parkda 60-dan çox qabaqcıl beynəlxalq və macar şirkəti yerləşir (məsələn, Microsoft, SAP, Canon və s.) ki, bu da ali məktəbimizə canlı biznes mühiti verəcək. Ərazi həm də asudə vaxtın səmərəli keçirilməsi üçün gözəl imkanlar təklif edir. 10 dəqiqəlik piyada gəzinti Sizi Roma Bulvarına aparacaq, burada müxtəlif tipli restoranlar, balıq stendləri, barlar və qayıq icarəsi yerləri var. Əgər təbiət vurğunusunuzsa, onda Siz asanlıqla minik maşınlarının daxil olması qadağan olunmuş Marqaret adasına gedə bilərsiniz. Bundan başqa Siz bütün alış-verişinizi kampusun yaxınlığında olan ticarət mərkəzindən edə bilərsiniz.

Tələbələr üçün həm kampus daxilində, həm də kampusdan kənarda 3 yataqxana seçimi var, onların hamısı tələbələr üçün zəruri olan hər cür avadanlıqla təmin olunub, bir və ya ikinəfərlik otaqlarımızın yüksək sürətli interneti və Dunay sahilinə gözəl mənzərəsi var. Yataqxanalardan biri isə Dunay çayında qayıqdadır!

7/ IBS tələbələrinin Budapeşt və Vyanada təhsil haqları, yataqxana və digər yaşayış xərcləri nə qədərdir?

Bir akademik təhsil ili 2 semestrdən ibarətdir. Avropa Birliyindən olmayan ölkələrin vətəndaşları 900 avro qeydiyyat haqqını ilk semestrin təhsil haqqısı ilə birlikdə ödəməlidirlər.

 

Budapeşt kampusunda təhsil haqları:

  • Bakalavr proqramları (6 semestr): hər semester üçün 3300 avro;
  • Magistratura proqramları (2 semestr): hər semester üçün 4350 avro;
  • Tibbi hazırlıq proqramı (2 semestr): hər semester üçün 2750 avro;
  • İntensiv inglis dili proqramı (2 semestr): hər semester üçün 1900 avro;
  • Yay məktəbi (4 həftə): təhsil haqqı, qalmaq, yemək və digər xərclər də daxil olmaqla cəmi 1550 avro

 

Yataqxana haqqı: otağın bir və ya iki nəfərlik olmasından asılı olaraq aylıq 250-350 avro;

Yaşam xərcləri: qalmaq xərclərini çıxmaqla aylıq 250-350 avro bəs edir.

 

Vyana kampusunda təhsil haqları:

  • Magistratura proqramları: hər semester üçün 5900 avro.

 

Yataqxana haqqı: aylıq 250-350 avro;

Yaşam xərcləri: qalmaq xərclərini çıxmaqla aylıq 300-400 avro bəs edir

 

8/ Yaxın gələcəkdə – bu ilin sentyabrında yeni proqramlarınız olacaqmı?

Xeyr, hazırda biz yeni mühitdə yerləşməyə fokuslanmışıq.

9/ Gələcək tələbələrinizə təqaüd proqramları təklif edirsinizmi?

IBS çox yüksək nəticə göstərmiş tələbələrinə təhsil haqqından 50-75% endirim edir. Bununla yanaşı, Azərbaycan hökuməti dövlət proqramı çərçivəsində bizim tələbələrimizə bu ildən etibarən tam təqaüdlər də təklif edir.

10/ Hazırda tələbə qəbulunda yeni hədəf ölkələriniz hansılardır?

Hazırda ən çox Azərbaycandan, Qazaxıstandan, Latın Amerikası və bəzi Afrika ölkələrindən tələbə qəbuluna xüsusi diqqət yetiririk.

11/ Keçən ilin oktyabrında Bakıda olmusunuz. Ölkəmiz və insanlarımız barədə təəssüratınız necədir?

Həqiqətən də çox gözəl və mehriban insanlarla dolu ölkədir. Biz Azərbaycandan xeyli tələbəni IBS-də görməyə şad olarıq.

12/ Azərbaycanda rəsmi nümayəndəliyiniz və ya tələbə qəbulu agentliyiniz varmı?

Bəli, var. Study in Hungary ilə əlaqə saxlaya, müxtəlif dillərdə qəbul barədə detallı məlumatlar olan www.study-hungary.com və www.ibs-budapest.com saytlarını ziyarət edə bilərsiniz.

Campus_ibs-hungary Exam_ibs-hungaryLaszlo_Lendvai_IBS Library_ibs-hungaryIBS_classes IBS_new_campus_Budapest

Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group