Beynəlxalq İqtisad Məktəbi (ISET) yüksək nüfuzlu İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edir

TSUdajildoeba - 9.7.11Tbilisi Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq İqtisad Məktəbi (ISET) yüksək nüfuzlu İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edir. Azərbaycanlı müraciətçilərə aşağıdakılar təklif olunur:

 

  • Təhsil haqqının yarısını və ya hamısını əhatə edən təqaüdlər
  • Yaşayış üçün təqaüd
  • Tbilisidə təhsil aldığı dövr ərzində pulsuz olaraq ev ilə təminat
  • Avropada təcürbə keçmək və və ya bir semestr təhsil almaq imkanları
  • Yay təcürbəsi və Azərbaycanda işlə təminat
  • Amerika Birləşmiş Ştatlarında (ABŞ) və Qərbi Avropada reytinqli PhD proqramlarına yerləşdirmə

 

Magistr proqramına qəbul olan hər bir azərbaycanlı tələbə həm İSET-in yay riyaziyyat düşərgəsində, həm də birinci minisemestr (2014-cü il sentyabr-oktyabrıda 8 həftə) ərizndə tam ödənişsiz əsaslarla təhsil alacaq. İmtahanlarda nailiyyət əldə edən bütün azərbaycanlı tələbələrə nailiyyətə görə təqaüd veriləcək vəsubsidiyalaşdırılmış tələbə kreditini əldə etmək üçün köməklik ediləcək.

 

2014-cü ilin payızı üçün Mayın 1-i 2014-cü ilə kimi ərizələrin online (www.iset.ge)  qəbulu aparılacaq. İngilis dili və riyaziyyat üzrə olan qəbul imtahanı mayın əvvələrində Bakıda keçiriləcək.

 

İSET-in tədris proqramı ABŞ və Qərbi Avropada ən yaxşı proqramları əhatə edir və beynəlxalq professorlar tərəfindən bütün dərslər İngilis dilində tədris olunur. 2014-cü ildə İSET-ə qəbul olan tələbələr ixtisaslaşmaq üçün enerji, insan qaynaqları iqtisadiyyatı və kənd təsərrüfatı kimi sahələri seçə bilər və onlara professional karyeraya hazır olmaq üçün dövlət siyasəti, bank işi və maliyyə analizi üzrə şəxsi tədris proqramlarını tərtib etməyə şərait yaradılır.

Azərbaycanlı tələbələrin ABŞ-ın və Qərbi Avropanın ən aparıcı PhD proqramlarında təhsil almaq üçün köməklik edilməsini xüsusi vurğulamaq istəyirik. Bugünə kimi İSET məzunlarının 16%-i PhD proqramlarına qəbul edilib və tam təqaüdlə təmin edilmişdir. İSET məzunları Stanford, Çikaqo, New York, McGill, Pennsylvania və digər universitetlərdə təhsil alırlar.

 

İSET haqqında: İSET BP, CERGE-EI Foundation, Gürcüstan höküməti, Norveç Xarici İşlər Nazirliyi, Açıq Cəmiyyət İnstitutu, İsveç Beynəlxalq Əməkdaşlıq Agentiliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankı kimi beynəlxalq donorlar konsersyumu tərəfindən 2006-cı ildə yaradılmışdır. Cənubi Qafqazda iqtisadiyyat üzrə beynəlxalq çaplı magistr proqramı təklif edən yeganə təhsil mərkəzidir.  169 məzundan 97%-i hal hazırda işləyir və ya xaricdə təhsil alır. İSET məzunları Cənubi Qafqazın Mərkəzi Banklarında aparıcı analitik vəzifələri tutur və ya xaricdə PhD proqramlarında təhsillərini davam etdirirlər.

 

Müraciətçilər online şəkildə də daha çox məlumat əldə edə bilərlərwww.iset.ge

 

Əlaqələndirici şəxs: Maya Surguladze

 

Tel: +995 (322) 507 177 ext.104  admissions@iset.ge 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button