Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

BDU nazir oğlunun professoru döyməsi xəbərinə cavab verdi

Bu gün bir sıra mətbuat orqanlarında BDU-nun adı açıqlanmayan professorunun müdafiə sənayesi naziri Yavər Camalovun oğlu tərəfindən auditoriyada döyülməsi barədə yazılar dərc olunub. Bu məsələ ilə əlaqədar BDU-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a açıqlamasında bildirdi ki, BDU-da professorunun nazir oğlu tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatların heç biri əsası yoxdur.
“Universitetdə belə bir insident  baş verməyib. Digər tərəfdən artıq 3 ilə yaxındır ki, Bakı Dövlət Universitetində həmin xəbəri yayanların qeyd etdiyi kimi Beynəlxalq Hüquq fakültəsi fəaliyyət göstərmir. İndi bu ada yaxın fakültə Beynəlxalq münasibətlər və iqtisadiyat adlanır ki, burada da son günlər buna bənzər hadisə baş verməyib”.

Qeyd edək ki, bu haqda xəbəri “Olaylar” yayıb. Mənbənin məlumatına görə, hadisə universitetin beynəlxalq hüquq fakultəsində baş verib: “Fakülətənin 3-cü kurs tələbəsi olan qız dərsdə saqqız çeynəyib və müəllim bunu görüb.

Müəllimin etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla nəticələnib. Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş verib. Məlumata görə, qız məsələ ilə bağlı nişanlısı-müdafiə sənayesi naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb. Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil olub.
Nazir oğlu yanındakı idmançı görkəmli dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum ediblər. Məlumata görə, o dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da, mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub. Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi bir saatdan artıq döyəndən sonra onu döşəmədə atıb universiteti tərk edib. Professora xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin həyatı təhlükə altında olacaq”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button