Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

BDU-da tələbələrə təqaüd verilməsində ləngimə yaranıb

bduBakı Dövlət Universitetində (BDU) tələbələrə təqaüdlərin verilməsində müəyyən ləngimələr mövcuddur.

Adının açıqlanmasını istəməyən bir qrup universitet tələbəsi tərəfindən APA-ya daxil olan müraciətdə qeyd olunur ki, BDU-nun magistratura pilləsində təqaüdlərini ala bilmirlər: “Təhsil aldığımız fakültədə hələ də təqaüdümüz verilmir. Dəfələrlə Təhsil Nazirliyinə və BDU-nun rektorluğuna onlayn müraciət etsək də, heç bir cavab verilmir”.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova isə APA-ya açıqlamasında tələbələrə təqaüdlərin verilməsində yaranan ləngimənin səbəblərini açıqlayıb. O bildirib ki, ləngimələr yeni sistemə keçidlə əlaqədardır: “Təqaüdlərin verilməsi sistemində dəyişiklik olduğuna görə ləngimə halları qeydə alınıb. Amma universitet tələbələrinin hamısı bu həftənin sonuna kimi təqaüdlərini alacaqlar”.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button