Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bakıda Macarıstan universitetinə qəbul imtahanı keçiriləcək

İnternational business schoolAvropada təhsil almaq istəyən tələbələr üçün 26 iyul 2015-ci il tarixində Macarıstan Universitetlərinin təqdimatı, təqdimatdan dərhal sonra isə Macarıstanda yerləşən İnternational Business School universitetinin bakalavr və magistratura pilləsinə qəbul üçün test imtahanı keçiriləcək.

Təqdimat, “F-Group Academy” xaricdə təhsil şirkətinin və Macarıstan universitetlərinin Bakıdakı rəsmi nümayəndəliyi olan “Study Hungary”nin birgə təşkilatçılığı ilə  Xocalı Prospekti 37 ünvanında (Xətai metrostansiyasının yanında) yerləşən Dəmirçi Plazanın 18-ci mərtəbəsində yerləşən təlim otağında 26 iyul saat 14:30-da başlayacaq.

 

Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və həmin gün İnternational Business School universitetinə test imtahanı vasitəsilə qəbul ödənişsiz aparılacaqdır. Test imtahanında iştirak etmək istəyənlər öz xarici pasportlarının fotosunu (və ya skan olunmuş elektron formasını) özləri ilə birgə təqdimata gətirməlidirlər.

Təqdimatda və ya imtahanda iştirak etmək istəyənlər +994552608855, +994505401044, +994124803890 nömrəsinə zəng etməklə, öz adını və soyadını bildirməklə və ya [email protected] e-mailinə təqdimatda iştirak etmək istəyini yazaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatın son müddəti 25 iyul saat 15:00-a qədərdir.

Təqdimat iştirakçıları 26 iyul saat 14:30-da ilə  Xocalı Prospekti 37 ünvanında  (Xətai metrostansiyasının yanında) yerləşən Dəmirçi Plazanın 1-ci mərtəbəsində olan foyesində qarşılanacaq və təqdimat zalına aparılacaq.

Təqdimatda isə Macarıstanın İnternational Business School universiteti, BKF universiteti, Dunaujvaros Universiteti və Duna Collage barədə, o cümlədən  Macarıstanda  azərbaycanlı tələbələrə göstərilən xidmətlər barədə ətraflı məlumat veriləcək.

Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm, fotoqrafiya, kompyuter mühəndisliyi, insan resursları menecmenti, tibbi təhsil üçün hazırlıq kursları, intensiv ingilis dili kursları barədə məlumatlar dinləyicilərin nəzərlərinə çatdırılacaq.

Xatırladaq ki, Macarıstan universitetlərinin diplomları Azərbaycan höküməti tərəfindən tanınır. Macarıstan bir ölkə olaraq bir çox üstünlüklərə malikdir. Belə ki, Avropa İttifaqı məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

İnternational business school

 

Logo - study IN hungary

F group - logo


Daha çox göstər

Oxşar xəbərlər

Back to top button