Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bakıda 2013-cü ilin ən böyük təhsil sərgisi açılacaq

SergiBakıda 2013-cü ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunacaq.

Tələbələrə xaricdə təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, təqaüdlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi 13-14 aprel, saat 13:00-dan 18:00-a kimi Hilton otelində keçiriləcək.  Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq.  Sərgidə Təhsil Nazirliyinin, diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur. Sərgiyə buradan qeydiyyatdan keçə bilərsiniz.

Sərginin rəsmi informasiya dəstəkçisi telebe.az saytıdır.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button