Bərdədə “Səni Sevirəm” layihəsi keçirilib

30 May 2018-ci il ” İnkişaf zamani ” proqramının maliyyə dəstəyi və Konstitusiya Araşdırmalar Fondunun tərəfdaşlığı ilə Gülsüm İsmayılova və Aynur Babazadənin təşkilatçılığı ilə Bərdə rayonu 4 nömrəli uşaq incəsənət məktəbində “SƏNİ SEVİRƏM” adlı layihənin təqdimatı keçirildi.Təqdimatda izləyicilərə ilk öncə  kiçik bir video – çarx təqdim edildi, daha sonra Bərdə Dövlət İdarəetmə və Texnologiya  kollecinin könüllü tələbələrindən ibarət həvəskar aktyorların hazırladığı  teatr tamaşaçılara təqdim olundu və ” ATA ANA SİZİ SEVİRƏM ” başlığı ilə flashmob göstərildi. Sonda Layihənin koordinatoru Namaz Kərimov  “İnkişaf zamanı ” proqramı haqqında izləyiciləri məlumatlandırdı.


Comments are closed.

XARİCDƏ TƏHSİL
Akademi Group