Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bərdədə Qarabağ Aşıq Festivalı keçirilmişdir.

Bərdədə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan gənclərin iştirakı ilə Qarabağ Aşıq Festivalı keçirilmişdir. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Ulu Sənətin Sehrində” Qarabağ Aşıq Festivalı layihəsi çərçivəsində keçirilən festivalın əsas məqsədi Bərdə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan istedadlı gənclərin ictimaiətə tanıdılmasıdır. Layihə çərçivəsində gənclər məşqlər keçərək festivala hazırlaşıb və Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində Festivalda iştirak etmişlər. Festivalda gənclərlə yanaşı Bərdə rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi, Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı Musiqi Məktəbinin, 4 saylı Uşaq İncəsənət Məktəbinin rəhbərliyi, müəllim kollektivi və valideyinlər iştirak etmişlər. Festivalda gənc aşıqların ifasında aşıq havaları, gözəlləmələr, və eləcə də xalq mahnıları ifa olunmuş və ölkəmizin gözəllikləri vəsf edilmişdir. Layihə rəhbəri Hicran Əliyevanın qeyd etdiyi kimi gənclər 3 məşq dərsi keçən gənclər Qarabağın tək muğam musiqi deyil həmçinin saz sənətinin beşiyi olduğunu sübut etməyə çalışmışdılar. İki hissədən ibarət olan festivalın bədii hissəsi başa çatdıqdan sonra qonaqlardan Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru, 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı musiqi məktəbinin və 4 sayl Uşaq İNcəsənət Məktəbinin saz ixtisas müəllimləri, çıxış etmiş və aşıq havasının tarixindən, ulu sənətin qüdrətindən danışmışlar və gənclərə uğurlar arzu etmişlər. Sonda iştirakçılara festivalda iştiraklarına görə diplomlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button