Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bərdədə Kağız kəsmə sənəti sərgisi keçirilmişdir.

Bərdə regional ASAN xidmət mərkəzində mərkəzin könüllüləri üçün “Paper cutting” – kağız kəsmə sənətinin gənclərə öyrədilməsi məqsədi daşıyan layihə həyata keçilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Paper Cutting sənətinin gənclərə aşılanması” layihəsi çərçivəsində gənclər kağız kəsmə sənəntinin sirlərini öyrənmək üçün beş təlim sessiyasında iştirak ediblər. 30-dan çox gəncin qatıldığı təlimdə könüllülər istifadə olunmuş kağızlara yeni həyat vermək üçün sözü gedən sənətin sirlərini öyrəniblər. Nəzəri biliklərlə yanaşı praktik tapşırıqlar edən Bərdə ASAN könüllüləri həmçinin özlərinin fantaziyalarına uğun şəlillərin kəsimlərini hazırlayıb müxtəlif dekorasiyalar ərsəyə gətirmişlər.

Layihənin sonunda  iştirakçıların əl işlərindən ibarət sərgi də təşkil olunmuşdir. Sərgini  giriş sözü ilə açan layihə rəhbəri Şamxal Yaqubov çıxış edərək layihə haqqında geniş məlumat vermiş və layihənin vacibliyi haqqında iştirakçıları məlumatlandırmışdır. Daha sonra Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru Əşrəf Əliyev çıxış edərək bu gün ölkə rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından danışdı. ASAN Xidmət mərkəzlərinin də gənclər üçün yaratdığı şərait haqqında geniş məlumat verən Əşrəf bəy həmçinin könüllülük xidmətinin gənlərə hansı imkanlar qazandırması haqqında geniş məlumat paylaşdı.

ASAN Xidmət rəhbərliyi ilə yanaşı sərgidə iştirak edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Aydın Qasımov da çıxış edərək regionda gənclərin həyata keçirdiyi layihələr haqqında və eləcə də gənliyin öhdəsinə düşən vəzifələrdən geniş söhbət açmışdır.

Layihə iştirakçılarının da çıxış etdiyi rəsmi hissə başa çatdıqdan sonr aqonaqlar gənclərin əl işləri sərgisinə dəvət olunmuş və qonaqlara əl işlərinin hər biri haqqında geniş izah verilmişdir.

 

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button