Türkiyənin ən yaxşı 7 universitetindən biri olan Özyeğin Universitetinə təqaüdlü qəbullar başladı

Bərdə rayonunda “Ekologiya həftəsi” keçirilib

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti -GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Bərdə rayonunda “Ekologiya həftəsi” keçirilib.

 Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi tərəfindən 20-26 noyabr tarixlərində Bərdə rayonunda yerləşən 588 və 866 saylı qəsəbələrdə “Ekologiya həftəsi” çərçivəsində təlimlər, təmizlik və ağacəkmə aksiyası keçirilib.

İlk öncə Ağdam rayon 12 saylı, Ağdam rayon 11 saylı, Ağdam rayon 95 saylı, Ağdam rayon 1 saylı, Ağdam rayon 3 saylı, Kəlbəcər rayon 79 saylı, Kəlbəcər rayon 92 saylı, Laçın rayon 24 saylı, Şuşa şəhəri 18 saylı məcburi köçkün məktəblərində, 588 və 866 saylı qəsəbələrdə “Başqa  dünya yoxdur” adı altında maarifləndirici təlim sessiyaları baş tutmuşdur. Daha sonra hər iki qəsəbənin sakinləri ilə bərabər qəsəbədə təmizlik aksiyası həyata keçirilmişdir. Ümumilikdə 60 hektara yaxın ərazi tullantı materiallardan təmizlənmiş və məhv edilmək üçün aidiyyatı qurumlar tərəfindən təhvil götürülmüşdür.

 Maarifləndirmə aksiyasından sonra tullantılardan təmizlənmiş ərazilərdə sakinlərlə birlikdə 200-ə yaxın həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilmişdir.

“Ekologiya həftəsi”ndə layihənin hədəf bölgələrindən olan 150 nəfərə yaxın sakin iştirak edib.

 

Daha çox göstər

Oxşar xəbərlər

Back to top button