Əsas səhifə Saytın xəritəsi Seçilmişlərə əlavə et Çap et AZ | EN | RU






Adam.az


Telebe.az Haqqımızda


     Hörmətli dostlar!

     Tələbə.az portalı Azərbaycanda və onun hüdüdlarından kənarda təhsil alan tələbələrin təhsilini, informasiya almaq imkanlarını genişləndirmək məqsədilə yaradılıb.

     Müasir biliklər cəmiyyətində müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələr üçün elmi kommunikasiya atmosferi yaratmaq, təhsilin müxtəlif pillələri, inkişaf tendensiyaları haqqında informasiya mənbəyinə çevrilmək başlıca amalımızdır.

      Milli təhsil sistemində baş verən yenilkləri, əldə olunan təcrübə və nailiyyətləri sizlərə operativ surətdə çatdırmaq naminə portalımız daim təkmilləşir və inkişaf edir. Fəaliyyətimiz dövründə gəncliyimizin leytmotivi funksiyasını daşıyan istedadlı tələbələri üzə çıxarmağa, onların təhsil prinsiplərini oxucularımızla paylaşmağa səy göstərəcəyik.

      Ümid edirik ki, sadaladığımız bütün bu fəaliyyətlərin realizə edilməsində hər zaman öz köməyinizi göstərəcək, təhsilimizin inkişafında pay sahibi olacaqsınız.

Layihənin rəhbəri: Mürsəl Əliyev
Texniki redaktor: Ülviyyə Filiyeva
əlaqə telefonu: 051-814-16-95



bütün xəbərlər
     Günün şüarı
     Xəbərlərə abunə
   
     Partnyor

     Soruşmaq bizdən...
     Yönləndirmə